Daily Archives: 02.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MUSTAFA QASIMOV

Стандартный

Mustafa Dadaş oğlu Qasımov (2 oktyabr 1995; QaralarTovuz rayonu — 1 oktyabr 2020; Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Mustafa Qasımov 1995-cu il oktyabrın 2-də Tovuz rayonunun Qaralar kəndində anadan olub. 2002–2013-cü illərdə Qaralar kənd ümumi orta məktəbində təhsil alıb. Subay idi.

Mustafa Qasımov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mustafa Qasımov 2020-ci il sentyabrın 27-dəErmənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və  oktyabrın 1-də həlak olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 22-də Tovuz rayonunun Qaralar kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MUSA NUHİYEV

Стандартный

Musa Nüsrət oğlu Nuhiyev (2 oktyabr 1998QımırZaqatala rayonuAzərbaycan — 16 oktyabr 2020AğdamAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Musa Nuhiyev 1998-ci il oktyabrın 2-də Zaqatala rayonunun Qımır kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Musa Nuhiyev  2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2018-ci ildən  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edirdi. Musa Nuhiyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 16-da Ağdam istiqamətində gedən döyüşlərdə həlak olub. Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HÜSEYN ABBASƏLİYEV

Стандартный

Hüseyn Adil oğlu Abbasəliyev (2 oktyabr 2000MingəçevirAzərbaycan — 29 sentyabr 2020SuqovuşanTərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Hüseyn Abbasəliyev 2 oktyabr 2000-ci ildə Mingəçevirdə anadan olmuşdur.

Hüseyn Abbasəliyev 23 oktyabr 2018-ci il — 29 mart 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

 Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Süqovuşanın azadlığı uğrunda gedən döyüşlər də iştirak etmiş, 2020-ci il sentyabrın 29-da qəhrəmancasına həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏMRAL XƏMMƏDOV

Стандартный

Əmral Zaur oğlu Xəmmədov (2 oktyabr 2001Çaxırlıİmişli rayonuAzərbaycan — 15 oktyabr 2020HadrutXocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əmral Xəmmədov 2 oktyabr 2001-ci ildə İmişli rayonunun Çaxırlı kəndində doğulmuşdur. Orta təhsilini burda almış,  Xüsusi Təyinatlı Dəstələrin əsgəri olaraq xidmət etmişdir.

 Əmral Xəmmədov 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmiş, Murovdağ və Cəbrayıl döyüşlərində vuruşmuşdur. Cəbrayılın girişində bayraq dalğalandırmışdır. Əmral Xəmmədov 15 oktyabr 2020-ci ildə Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuşdur.