Daily Archives: 15.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MİRƏLİ HÜSEYNOV

Стандартный

Mirəli Arif oğlu Hüseynov (15 oktyabr 1996Ağcabədi rayonuAzərbaycan — 28 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Mirəli Hüseynov 15 oktyabr 1996-cı ildə Ağcabədi rayonunda anadan olmuşdur.  Ailəli idi, Arif adlı 3 yaşlı oğlu qalıb.

 Mirəli Hüseynov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşmuş, CəbrayılınQubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  28 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində həlak olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHƏMMƏDƏLİ ƏLƏKBƏROV

Стандартный

Məhəmmədəli Bayram oğlu Ələkbərov (15 oktyabr 1990Ağstafa rayonuAzərbaycan SSR — 21 oktyabr 2020Zəngilan rayonuAzərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri.

Məhəmmədəli Ələkbərov 1990-cı il oktyabrın 15-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub.  Ailəli idi. 2 qızı yadigar qaldı.

 Məhəmmədəli Ələkbərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Zəngilan döyüşləri zamanı həlak olub. Ağstafa rayonunun Poylu qəsəbəsində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HƏSƏN ABDULLAYEV

Стандартный

Həsən Aydın oğlu Abdullayev (15 oktyabr 1990Kəlbəcər rayonuAzərbaycan SSR — 2 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu.

Həsən Abdullayev 1990-cı il oktyabrın 15-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olub.

 Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.

Həsən Abdullayev oktyabrın 2-də  həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CEYHUN DÜNYAMALIYEV

Стандартный

Ceyhun Zeynal oğlu Dünyamalıyev (15 oktyabr 1996CulfaAzərbaycan — 8 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Ceyhun Dünyamalıyev 1996-cı il oktyabrın 15-də Culfa şəhərində anadan olub. 2002-2011-ci illərdə Culfa şəhərində 3 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Ceyhun Dünyamalıyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində «leytenant» hərbi rütbəsində xidmət edirdi.

Ceyhun Dünyamalıyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də həlak olub. Culfa şəhərində dəfn edilib.