Daily Archives: 04.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İLKİN AĞAQULİYEV

Стандартный

İlkin Saməddin oğlu Ağaquliyev (4 oktyabr 2000Dəvəçi – 16 oktyabr 2020SuqovuşanTərtər rayonu

İlkin Ağaquliyev 4 oktyabr 2000-ci ildə Dəvəçi şəhərində doğulub.

Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbdə almışdır. 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olmuşdur. Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil almışdır. 

İlkin Ağaquliyev 08.10.2018-ci ildə hərbi xidmətə yollanmışdır. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vurmuş və Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə  həlak olmuşdur.18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn edlmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRİD HACIYEV

Стандартный

Fərid Təşkilat oğlu Hacıyev (4 oktyabr 1989Böyük MərcanlıCəbrayıl rayonuAzərbaycan — 28 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Fərid Hacıyev 4 oktyabr 1989-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 4 yaşı olarkən Ermənistan Silahlı Qüvvələrinin Cəbrayılı işğalı nəticəsində ailəsi ilə birlikdə kəndindən məcburi şəkildə köçmüşdür.  O, 2006-cı ildə İ. Quliyev adına Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbini bitirmişdir. Ailəli idi, Eşqin və Əli adlı 2 oğlu yadigar qaldı.

Fərid Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2014-cü ildən hərbi xidmətdə idi. Hərbi xidmət zamanı 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. İkinci Qarabağ müharibəsindən 1 ay əvvəl təlimlərə qoşulmuşdur.

Fərid Hacıyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq Cəbrayılın və Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmiş,  28 sentyabr 2020-ci ildə həlak olmuşdur.

«APREL DÖYÜŞLƏRİ»NDƏ HƏLAK OLANLAR: VÜSAL ƏLİYEV

Стандартный

Vüsal İlham oğlu Alıyev (4 oktyabr 1996Şəmkir rayonuAzərbaycan — 2 aprel 2016Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vüsal Alıyev 1996-cu il oktyabrın 4-da Şəmkir rayonunun Kür qəsəbəsində anadan olub. Subay idi.

 Vüsal Alıyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və CəbrayılFüzuli istiqamətlərində başlanan Aprel döyüşlərində iştirak edib. Vüsal Alıyev aprelin 2-də Tərtər istiqamətində Talış zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı həlak olub. Aprelin 9-da Şəmkir rayonunun Kür qəsəbəsində dəfn edilib.