Daily Archives: 16.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT TƏRLAN GÜLÜŞOV

Стандартный

Tərlan Salman oğlu Gülüşov (16 oktyabr 1994Salyan rayonuAzərbaycan — 22 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Tərlan Gülüşov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Baş leytenantı olan T. Gülüşov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 22-də həlak olub. Salyan rayonunun Xələc kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT SƏYAVUŞ KƏBALIYEV

Стандартный

Səyavuş Hümbət oğlu Kəlbalıyev (16 oktyabr 1987CəbrayılAzərbaycan — 29 sentyabr 2020CəbrayılAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Səyavuş Kəlbalıyev 1987-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində almışdır. 20052009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təhsilini davam etdirmişdir. Ailəli idi. 2 övladı yadigar qaldı.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində leytenantt Səyavuş Kəlbalıyev kəşfiyyat rəisi olaraq Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmiş,  29 sentyabr 2020-ci ildə həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAATMİRZƏ ƏZİMOV

Стандартный

Saatmirzə Feyruz oğlu Əzimov (16 oktyabr 1997SiyəzənAzərbaycan — 17 dekabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Saatmirzə Əzimov 16 oktyabr 1997-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2003-2014-cü illərdə Siyəzən şəhər 6 saylı orta məktəbdə təhsil almışdır.

Saatmirzə Əzimov 20152017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Döyüşlər zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.

2020-ci ilin    sentyabr ayında Saatmirzə Əzimov hərbi xidmətə çağırılmış, 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində   FüzulininCəbrayılın və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 17 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. Saatmirzə Əzimov 17 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada vəfat etmişdir.