Daily Archives: 03.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİCAT NƏSİBOV

Стандартный

 

Nicat Səməd oğlu Nəsibov (3 oktyabr 1996Birinci ŞıxlıQazax rayonu — 27 oktyabr 2020QubadlıAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nicat Nəsibov 1996-cı il oktyabrın 3-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub.

2003-2014-cü illərdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində təhsil alıb.

2014-2019-cu illərdə fasilələrlə Gəncə Regional Kollecində təhsil alıb. 2019-cu ildə kolleci elektrik ixtisası üzrə başa vurub.

Subay idi.

Nicat Nəsibov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayılXocavəndLaçın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Nicat Nəsibov oktyabrın 27-də Qubadlı döyüşləri zamanı həlak olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RÜSTƏM MƏMMƏDOV

Стандартный

Rüstəm Müsəllim oğlu Məmmədov (3 oktyabr 2001; TəzəkəndŞəmkir rayonu — 3 noyabr 2020; Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rüstəm Məmmədov 2001-ci il oktyabrın 3-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. 2008–2019-cu illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Subay idi. 

 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

 Rüstəm Məmmədov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 3-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə həlak olub. Şəmkir rayonunun Təzəkənd kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELVİN MƏMMƏDOV

Стандартный

Elvin Mahmud oğlu Məmmədov (3 oktyabr 1992Zaqatala rayonuAzərbaycan— 15 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Məmmədov Elvin Mahmud oğlu 1992-ci il oktyabr ayının 3-ü Zaqatala şəhərində anadan olub. Ailədəki üç qardaşın ən kiçiyi olmuşdur. 2010-cu ildə Zaqatala rayon Şıxəli Qurbanov adına 3 saylı orta məktəbini  bitirmişdir.

20102014-cü illərdə Gürcüstanın Şərqi Avropa İnstitunun Maliyyə-kredit fakültəsində ali təhsil almışdır. Hərbi xidmət vəzifəsini bitirdikdən sonra bir çox yerlərdə işləmişdir. Vətən müharibəsinə yollanmazdan öncə Vays Parim şirkətində satış və reklam üzrə mütəxəssis işləyirdi. . 2019-cu ildə ailə həyatı qurmuşdur. Bir qız övladı var.

Ali təhsilini başa çatdırdıqdan sonra 2014-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti zamanı orada fəal snayper olub. Bunun üçün o əlavə təhsil də almışdır.  2015-ci ildə həqiqi hərbi xidmət vəzifəsini başa vurmuşdur. 2020-ci il sentyabrın 21-də könüllü olaraq yenidən hərbi xidmətə yollanmış, sentyabr ayının 27-də Vətən müharibəsində iştirak etmişdir. 15 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində yaralı əsgər yoldaşlarını döyüş bölgəsindən çıxararkən həlak olmuşdur.