Daily Archives: 28.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRİD QULİYEV

Стандартный

Fərid Ayazxan oğlu Quliyev (28 oktyabr 1994Cəlilabad rayonuAzərbaycan — 22 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri.

Fərid Quliyev 1994-cü il oktyabrın 28-də Cəlilabad rayonunun Babalı kəndində anadan olub.

 Fərid Quliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 22-də həlak olub. Cəlilabad rayonunun Babalı kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHƏMMƏD HÜSEYNOV

Стандартный

Məhəmməd Alik oğlu Hüseynov (28 oktyabr 1993BeyləqanAzərbaycan — 5 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu.

Məhəmməd Hüseynov 1993-cü il oktyabrın 28-də Beyləqan şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi.

 Məhəmməd Hüseynov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Oktyabrın 5-də həlak olub.