Daily Archives: 18.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT SAHİB ŞİRƏLİYEV

Стандартный

Sahib Yusif oğlu Şirəliyev (18 oktyabr 1995Masallı rayonuAzərbaycan — 8 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Sahib Şirəliyev 1995-ci il oktyabrın 18-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.

 Sahib Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 8-də həlak olub. Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRRUX ABBASOV

Стандартный

Fərrux Azər oğlu Abbasov (18 oktyabr 1994ZəlimxanAğstafa rayonu – 25 oktyabr 2020Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Fərrux Abbasov 1994-cü il oktyabrın 18-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 2001–2012-ci illərdə X. Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Fərrux Abbasov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Fərrux Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.  Oktyabrın 25-də Qubadlı döyüşlərində həlak olub. Ağstafa rayonunun Zəlimxan kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CAVİD MƏMMƏDOV

Стандартный

Cavid İlham oğlu Məmmədov (18 oktyabr 1990Şəmkir rayonuAzərbaycan SSR — 28 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Cavid Məmmədov 1990-cı il oktyabrın 18-də Şəmkir rayonunun Yeniabad kəndində anadan olub. Onun qardaşı — Çingiz Məmmədov da, Vətən müharibəsində şəhid olub. Ailəli idi. Elcan adına oğlu və Damla adında qızı yadigar qaldı.

Cavid Məmmədov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 

Cavid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 28-də həlak olub.