Daily Archives: 30.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞÖHRƏT ƏLİYEV

Стандартный

Şöhrət Əliyev (30 oktyabr 1999Gəncə – 8 noyabr 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Əliyev Şöhrət Vətən oğlu 1999-cu ilin oktyabr ayının 30-u Gəncə şəhərində anadan olub. 3 qardaşdan ibarət olan ailənin ortancıl oğlu olub. Gəncə şəhər Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbdə təhsil almış, sonradan Məşədi Əzizbəyov adına 15 saylı tam orta məktəbdə təhsilini davam etdirmiş və 2015-ci ildə məzun olmuşdur. 2018-ci ilin yanvar ayının 8-dən  2019-cu ilin iyul ayına qədər hərbi xidmətdə olmuşdur.

27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq yazılaraq döyüşlərə yollanıb. 8 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. Şəhidin cənazəsi 16 noyabr tarixində ailəsinə təhvil verilərək 17 noyabr tarixində doğulduğu Gencə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAMİQ TAĞIYEV

Стандартный

Ramiq Teymur oğlu Tağıyev (30 oktyabr 1998Lerik rayonuAzərbaycan — 10 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Ramiq Tağıyev 1998-ci il oktyabrın 30-da Lerik rayonunun Kəlvəz kəndində anadan olub. 2004-2015-ci illərdə F. Şahbazov adına Kəlvəz kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Ramiq Tağıyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə «gizir» hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Ramiq Tağıyev 2020-ci il sentyabrın 27-də  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramiq Tağıyev noyabrın 10-da Şuşa döyüşləri zamanı həlak olub. Lerik rayonunun Kəlvəz kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: EMİL FƏTƏLİYEV

Стандартный

Emil Mayis oğlu Fətəliyev (30 oktyabr 1992Qax rayonuAzərbaycan — 22 oktyabr 2020Zəngilan rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu.

Emil Fətəliyev 1992-ci il oktyabrın 30-da Qax rayonunun Qorağan kəndində anadan olub.

 Emil Fətəliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 22-də Zəngilan döyüşlərində həlak olub.