Daily Archives: 14.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HEYBULLAH ƏSDİYEV

Стандартный

Heybullah Məzahir oğlu Əsdiyev (14 oktyabr 1993QaysaBalakən rayonu — 16 oktyabr 2020Tərtər rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Heybullah Əsdiyev 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub.

2000-2011-ci illərdə Qaysa kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Heybullah Əsdiyev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

 Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 16-da  həlakolub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ANAR TAĞIYEV

Стандартный

Anar Zakir oğlu Tağıyev (14 oktyabr 1996KəbirliBeyləqan rayonuAzərbaycan — 3 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Anar Tağıyev 14 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur.

Anar Tağıyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Tağıyev 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: YUSİF NƏCƏFOV

Стандартный

Yusif Nadir oğlu Nəcəfov (14 oktyabr 2001Yasamal rayonu – 13 oktyabr 2020MurovdağKəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəi.

Yusif Nəcəfov 14 oktyabr 2001-ci ildə Yasamal rayonunda doğulub.

52 nömrəli tam orta məktəbi bitirib.

Yusif Nəcəfov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb. 2020-ci il oktyabrın 1-də yaralanıb, 12 gün müalicədən sonra oktyabrın 13-də təkrar döyüşə qayıdıb, elə həmin gün də cəbhənin Kəlbəcər rayonu istiqamətində həlak olub. Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.