Daily Archives: 26.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AZƏR SÜLEYMANOV

Стандартный

Azər Haqverdi oğlu Süleymanov (26 oktyabr 1982Şüvəlan – 12 oktyabr 2020Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Azər Süleymanov 1982-ci il oktyabrın 26-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində anadan olub.

Azər Süleymanov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Oktyabrın 12-də Suqovuşan döyüşləri zamanı həlak olub. Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMƏDDİN BABAYEV

Стандартный

Elməddin Cəfərqulu oğlu Babayev (26 oktyabr 1981Biləsuvar rayonuAzərbaycan SSR — 29 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Elməddin Babayev 1981-ci il oktyabrın 26-da Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.

 Elməddin Babayev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı həlak olub. Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: PODPOLKOVNİK ELZAMİN TƏHMƏZOV

Стандартный

Elzamin Kamal oğlu Təhməzov (26 oktyabr 1979Bərdə rayonuAzərbaycan SSR — 29 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı.

Elzamin Təhməzov 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub.  Əslən Laçın rayonunun Malxələf kəndindən idi. Ailəli idi. 2 qızı yadigar qaldı.

Elzamin Təhməzov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı həlak olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORUC QASIMOV

Стандартный

Oruc Afiq oğlu Qasımov (26 oktyabr 1996Qazax rayonuAzərbaycan — 13 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Oruc Qasımov 1996-cı il oktyabrın 26-da Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub.[1] 2003-2014-cü illərdə İ. Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Oruc Qasımov 2014-2016-cı illərdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 Oruc Qasımov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oruc Qasımov oktyabrın 13-də Füzuli döyüşləri zamanı həlak olub. Qazax rayonunun Ağköynək kəndində dəfn edilib.