Daily Archives: 11.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HƏSƏN ADIŞİRİN OĞLU QULİYEV

Стандартный

Həsən Adışirin oğlu Quliyev (11 oktyabr 1996SarvanlarAğcabədi rayonuAzərbaycan — 3 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Həsən Quliyev 11 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Sarvanlar kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Mərahim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 3 noyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 21 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Sarvanlar kəndində torpağa tapşırılmışdır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: PODPOLKOVNİK RƏŞAD SADIQOV

Стандартный

Rəşad Xanlar oğlu Sadıqov (11 oktyabr 1978LaçınAzərbaycan SSR — 30 oktyabr 2020Laçın rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, 

Rəşad Sadıqov 1978-ci il oktyabr 11-də Laçın rayonunda anadan olub. 1984-1992-ci illərdə Laçın şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1992-ci ilin may ayında Laçın şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu üçün Sadıqovlar ailəsi Şəmkir şəhərinə köçürlər.  Rəşad 1995-ci illərdə həmin şəhərdə Ə. Cavad adına 1 nömrəli tam orta məktəbi bitirib. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb.

Rəşad Sadıqov 1999-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Şahbuz rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmət edib. 2004-cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə çalışıb. Daha sonra isə Naxçıvan şəhərində Hərbi Komissarlığda və Hərbi Hospitalda xidmət edib.

Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınQubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30 da Laçın döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İNTİQAM HACIYEV

Стандартный

İntiqam Eynullah oğlu Hacıyev (11 oktyabr 1998MinaxorluAğcabədi rayonuAzərbaycan — 13 oktyabr 2020Yuxarı QiyaməddinliAğcabədi rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İntiqam Hacıyev 11 oktyabr 1998-ci ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. Ağcabədi rayon Minaxorlu kənd tam orta məktəbində təhsil almışdır.

İntiqam Hacıyev 21 sentyabr 2020-ci ildən hərbi təlim toplantılarına çağırılmışdır.

 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Xocavənd  uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Yİntiqam Hacıyev yaralanmış və Ağcabədi rayonunun Muğanlı kəndinə gətirilmişdir.  13 oktyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində vəfat etmişdir.