Daily Archives: 25.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏTTAR PİRİYEV

Стандартный

Səttdər Fuad oğlu Piriyev (25 oktyabr 1998Quba rayonuAzərbaycan — 7 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Milli Qehraman leytenantı.

Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb.

Leytenant Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmət edirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininQubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib.

Səttər Piriyev noyabrın 7-də Xocavənd döyüşləri zamanı «Qızılqaya» və «Üçtəpə» adlandırılan ərazilər istiqamətində həlak olub. Quba rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RÖYAD MƏMMƏDOV

Стандартный

Röyad Məmmədov (tam adı: Röyad Famil oğlu Məmmədov; 25 oktyabr 2000MasallıMahmudavar kəndi — 8 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Röyad Məmmədov 2000-ci il oktyabr 25-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2018-ci ildə Mahmudavar kənd tam orta məktəbini bitirir və Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış Qərbi Kaspi Kollecinə daxil olur. 1 ay təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılır.

Röyad Məmmədov 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzulininXocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Laçından Şuşaya gələn yolu ələ keçirmək uğrunda gedən döyüşlərdə zamanı həlak olub. Mahmudavar kəndinda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ANAR ZİHƏDDİN OĞLU MƏMMƏDOV

Стандартный

Anar Zəhəddin oğlu Məmmədov (25 oktyabr 1992Saatlı rayonuAzərbaycan — 17 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik giziri.

Anar Məmmədov 1992-ci il oktyabrın 25-də Saatlı rayonunun Azad kəndində anadan olub.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 17-də Füzuli döyüşləri zamanı həlak olub.