Daily Archives: 10.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VAQİF MƏRDANOV

Стандартный

Vaqif Ədalət oğlu Mərdanov (10 oktyabr 2001Suraxanı rayonuAzərbaycan — 3 noyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vaqif Mərdanov 2001-ci il oktyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsində anadan olub. Subay idi.

 Vaqif Mərdanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 3-də Qubadlı döyüşləri zamanı həlak olub. Hövsan qəsəbəsində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT TEYMUR MƏCİDZADƏ

Стандартный

Teymur Tehran oğlu Məcidzadə (10 oktyabr 1992Füzuli rayonuAzərbaycan — 9 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Xətai rayonunda yaşamağa başladılar. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) «Dünya iqtisadiyyatı» üzrə ali təhsil alıb. Teymur Məcidzadə «Neftçi» FK-nun sadiq fanatlarından idi. Subay idi.

 Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı həlak olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İBRAHİM İBRAHİMOV

Стандартный

İbrahim Abdulla oğlu İbrahimov (10 oktyabr 1999BakıAzərbaycan — 9 noyabr 2020ŞuşaAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İbrahim İbrahimov 1999-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olub. 2007-2018-ci illərdə Bakı şəhərində 205 saylı tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinə qəbul olub.

Subay idi.

İbrahim İbrahimov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 

 İbrahim İbrahimov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayılZəngilanQubadlı və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Noyabrın 9-da Şuşa şəhəri yaxınlığında həlak olub. Noyabrın 12-də Bakı şəhərində Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.