Daily Archives: 12.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT TURAL ƏHƏDOV

Стандартный

Tural Əhədov (tam adı: Tural Rahil oğlu Əhədov, 12 oktyabr 1993ÇökərəLerik – 12 noyabr 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantıVətən Müharibəsinin şəhidi.

Tural Əhədov 12 oktyabr 1993-cü ildə Lerik rayonunun Çökərə kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsilini almışdır.

Tural Əhədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN SAMİD ƏSGƏROV

Стандартный

Samid Gülmalı oğlu Əsgərov (12 oktyabr 1989BoyatNeftçala rayonuAzərbaycan – 3 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Samid Əsgərov 1989-cu il oktyabrın 12-də Neftçala rayonunun Boyat kəndində anadan olub. 

2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali hərbi Məktəbini i qoşun kəşfiyyatı ixtisası üzrə bitirmişdir.

Kapitan Əsgərov Samid 2020-ci ildə sentyabr ayının 27-si başlanan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, aldəğı ağır qəlpə yarasından həlak olmuşdur.

Oktyabr ayının 3-ü Kapitan Samid Əsgərov  Neftçala şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BƏHMAN VERDİYEV

Стандартный

Bəhman Dilqəm oğlu Verdiyev (12 oktyabr 1995ÇeşməliTovuz rayonu – 9 noyabr 2020Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Bəhman Verdiyev 1995-ci il oktyabrın 12-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub.

Bəhman Verdiyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub.

Bəhman Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliXocavəndLaçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Noyabrın 9-da Laçın istiqamətində gedən döyüşlər zamanı həlak olub.