Daily Archives: 19.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR:VƏFADAR QULUZADƏ

Стандартный

Vəfadar Fəqan oğlu Quluzadə (19 oktyabr 2001BünyadlıBeyləqan rayonu – 3 oktyabr 2020TalışTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vəfadar Quluzadə 19 avqust 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kəndində dünyaya göz açmışdır.  2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil almışdır.

2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən «N» saylı hərbi hissələrdə xidmət etmişdir. 1 il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətin davam etdirmişdir.

Vəfadar Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAHİB HƏSƏNOV

Стандартный

Sahib Azər oğlu Həsənov (19 oktyabr 1999GəncəAzərbaycan — 17 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Sahib Həsənov 19 oktyabr 1999-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 2017-ci ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir.

Sahib Həsənov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmışdır.  2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

Sahib Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 17 oktyabr2020-ci ildə Kəlbəcər rayonu istiqamətində həlak olmuşdur. 18 oktyabr2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: RAHİL HÜSEYNOV

Стандартный

Rahil Əfsər oğlu Hüseynov 19 oktyabr(1986NərimankəndPuşkin rayonu – 1 avqust 2014) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Kiçik gizir Rahil Hüseynov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı həlak olub. Avqustun 2-si isə Rahil Hüseynov doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salındı.