Daily Archives: 06.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORUC NƏCƏFLİ

Стандартный

Oruc Rövşən oğlu Nəcəfli (6 oktyabr 1989Yevlax rayonuAzərbaycan SSR — 17 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Oruc Nəcəfli 1989-cu il oktyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. 1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə isə Mingəçevir Politexnik İnstitutunda «İnformatika və hesablama texnikası» ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Oruc Nəcəfli 2011-2012-ci illər müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Oruc Nəcəfli oktyabrın 17-də Ağdərə istiqamətində «Tülkü dərəsi» adlandırılan ərazidə həlak olub. Noyabrın 6-da Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN RUSLAN QƏHRƏMANOV

Стандартный

Ruslan Mehman oğlu Qəhrəmanov (6 oktyabr 1988Almaniyanın Maqdeburq şəhəri— 5 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-da Almaniyanın Maqdeburq şəhərində  anadan olub.  Ailəli idi. İki qızı və bir oğlu yadigar qaldı.

 Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 5-də Füzuli döyüşləri zamanı həlak olub. Şəmkir rayonunun Keçili kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN KƏRİMLİ

Стандартный

Orxan Akif oğlu Kərimli (6 oktyabr 2001GöyçayAzərbaycan — 9 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Orxan Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetinə (NDU) təhsil alırdı. Subay idi.

Orxan Kərimli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.  2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Murovdağ döyüşləri zamanı həlak olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.