Daily Archives: 20.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CEYHUN MƏMMƏDOV

Стандартный

Ceyhun Qafar oğlu Məmmədov (20 oktyabr 1996QaraxanlıAğcabədi rayonuAzərbaycan — 25 oktyabr 2020QarabağAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ceyhun Məmmədov 20 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olmuşdur.  2004-2014-cü illərdə Ağcabədi rayon Qaraxanlı kənd tam orta məktəbdə təhsil almışdır.  2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir.  2018-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Beyləqan rayonunda yerləşən minaatan korpusda xidmət etirdi.

Ceyhun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  25 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi rayonunun Qaraxanlı kəndində dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SEYMUR İBRAHİMOV

Стандартный

Seymur Zamin oğlu İbrahimov (20 oktyabr 2000TumbulNaxçıvan Muxtar Respublikası — 1 noyabr 2020) — Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgəri.

Seymur İbrahimov 20 noyabr 2000-ci ildə Babək rayonunun Tumbul kəndində doğulmuşdur. 2006-cı ildə 13 nömrəli tam orta məktəbə daxil olmuşdur.  2019-cu ildən  Əlahiddə Ümumqoşun Ordusunun «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.

 Seymur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.1 noyabr 2020-ci ildəŞuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 6 noyabr 2020-ci ildə nəşi Babək rayonunun Tumbul kəndində dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AYNUR POLADOV

Стандартный

Aynur Şıxbaba oğlu Poladov (20 oktyabr 1980Şabran rayonuAzərbaycan SSR — 2 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri.

Aynur Poladov 1980-cı il oktyabrın 20-də Şabran rayonunun Zeyvə kəndində anadan olub.

 Aynur Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Oktyabrın 2-də Füzuli döyüşləri zamanı həlak olub. Şabran rayonunun Zeyvə kəndində dəfn edilib.