Daily Archives: 13.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NOVRUZ İSMAYILOV

Стандартный

Novruz Nürəddin oğlu İsmayılov (13 oktyabr 1987DaşkəsənAzərbaycan SSR — 30 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Novruz İsmayılov 1987-ci il oktyabrın 13-də Daşkəsən şəhərində anadan olub.

Novruz İsmayılov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30-da Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİYAZİ İSGƏNDƏROV

Стандартный

Niyazi Şahvələd oğlu İsgəndərov (13 oktyabr 1982MingəçevirAzərbaycan SSR — 8 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Niyazi İsgəndərov 1982-ci il oktyabrın 13-də Mingəçevir şəhərində anadan olub.[1] Ailəli idi. 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun çavuşu olan Niyazi İsgəndərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı həlak olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏŞAD ŞƏFİYEV

Стандартный

Rəşad Vaqif oğlu Şəfiyev (13 oktyabr 1991GəncəAzərbaycan — 28 oktyabr 2020BərdəAzərbaycan) — Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri.

Rəşad Şəfiyev 13 oktyabr 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 19972010-cu illərdə Molla Pənah Vaqif adına 8 nömrəli orta məktəbdə orta təhsil almışdır. Ailəli idi. 2 övladı var.

Rəşad Şəfiyev 2010-cu ildə hərbi xidmətə çağrılmışdır. 2019-cu ilin iyul ayından Fövqəladə Hallar Nazirliyinin «N» saylı hərbi hissəsində xidmətə başlamışdır. 45811 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak etmişdir. 27 oktyabr 2020-ci il tarixində Bərdənin raket atəşinə tutulmasından sonra oradakı axtarış-xilasetmə əməliyyatlarına qatılmışdır.

Rəşad Şəfiyev 28 oktyabr 2020-ci il tarixində Bərdənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində aldığı yaralardan həlak olmuşdur. 29 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.