Daily Archives: 09.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NƏCMƏDDİN SARKAYEV

Стандартный

Nəcməddin Əli oğlu Sarkayev (9 oktyabr 1999ŞərifBalakən rayonu — 6 noyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nəcməddin Sarkayev 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub.

2006-2017-ci illərdə N.Davudov adına 1 saylı Şərif kənd tam orta məktəbində təhsil alıb.

Subay idi.

Nəcməddin Sarkayev 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib.

Nəcməddin Sarkayev noyabrın 6-da Ağdərə döyüşləri zamanı həlak olub. Balakən rayonunun Şərif kəndində torpağa tapşırılıb.