ŞƏHİDLƏR: ŞABRANLI QƏHRƏMAN ROMAN YUSİFOV

Стандартный

ROMAN YUSİFOV

Roman Yusifov 28 iyul 1973-cü il Şabran rayonunda anadan olmuşdur. 19801990-cı illərdə buradakı 2 saylı orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Milli Orduya çağırılır. Roman bir müddət Naxçıvan şəhərində təlim keçir, daha sonra onu Sədərək rayonuna göndərirlər. Erməni işğalçıları ata-baba torpağımız olan bu ərazilərə də hücumlar edirdilər.

Roman bir neçə dəfə döyüşlərə atılmışdı. 1992-ci il oktyabr ayında o, yaralanır. Müalicə olunduğdan sonra isə «N» saylı hərbi hissədə xidmətini davam etdirirdi. 13-17 martda baş vermiş Mart hadisələri ndə xeyli günahsız insanlar həlak oldu. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda Roman da iştirak edirdi. Qəlbi daima Vətən eşqi ilə döyünən gənc Romanın arzuları ürəyində qaldı. O, dövlətçiliyimiz uğrunda ömrünün ən gözəl bir zamanında, 22 yaşında əbədiyyətə qovuşdu.]

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Yusifov Roman Yasəf oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Şabran rayonunun Qalagah kəndində dəfn edilib.

VİKİPEDİYA

 

Обсуждение закрыто.