Daily Archives: 15.07.2016

ŞƏHİDLƏR: MİLLİ QƏHRƏMAN ƏSƏD ƏHMƏDOV

Стандартный

Əsəd_Əhmədov

Əsəd Cəlal oğlu Əhmədov 15 iyul 1970-ci ildə Saral kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniyada tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi.
Əsəd Əhmədov Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir.
O, 1992-cı il 31 iyulda Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı şəhəri Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

Реклама

15 İYUL — ŞUŞA ƏSİLLİ HEYKƏLTARAŞ CƏLAL QARYAĞDININ DOĞUM GÜNÜ

Стандартный

Cəlal Məhərrəm oğlu Qaryağdı (15 iyul 1915, Şuşa — 2001, Bakı) — azərbaycanlı heykəltəraş, Azərbaycan SSR-nin xalq rəssamı (1960).

Cəlal_Qaryağdı.jpg

Cəlal Qaryağdı 1915-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Azərbaycan Rəssamlıq Texnikumunda (1928-1932) və Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) oxumuşdur. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir. Heykəltəraşlığın müxtəlif janrlarında əsərləri var. Monumental-dekorativ heykəltəraşlıq onun yaradıcılığında əsas yer tutur. Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir.
Cəlal Qaryağdı Qırmızı Əmək Bayrağı və «Şərəf nişanı» ordenləri ilə, həmçinin medallarla təltif edilmişdir.

sabir

Sabirin heykəli

15 İYUL 1918 — CÜMHURİYYƏT HÖKUMƏTİ SOYQIRIM CİNAYƏTLƏRİ ÜZRƏ KOMİSSİYA YARADIB

Стандартный

SOYQIRIM

15 iyul 1918 – Cümhuriyyətin hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında çoxsaylı materiallar toplamış, Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart «Soyqırımı günü» elan edilmişdi. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədildi.

VİKİPEDİYA