Daily Archives: 19.07.2016

ƏRDOĞANIN AĞ SARAYI VƏ «ŞOPAHOLİK» ARVADI EMİNE

Стандартный

EMİNE 1

O iddia edir ki, müsəlman dəyərlərinə uyğun sadə və həqir həyat sürür və saatlarla mətbəxdə əlləşərək almanı qıcqırdıb sirkə düzəldir.
Ancaq onun tiran əri prezident Ərdoğan 139 milyon funtluq sərvət yığdığı və ən azı üç saraya malik olduğu halda, onun «şopaholik» arvadı Eminenin pul xərcləməkdən çox sevdiyi şey yoxdur.
Ölkənin dörddə birinin ifrat kasıblıqda yaşadığı, ən azı iki mikyon adamın gündə üç dollara yaşadığı ölkənin prezidentinin arvadı kilosu 1500 funt olan çay içməyi ilə öyünür və içdiyi piyalələrinsə qiyməti 250 funtdur…

She claims to live a ‘humble and modest’ life with strict Muslim values, whiling away the hours in palace kitchen fermenting apples and turning them into vinegar.

But while her tyrant husband President Recep Tayyip Erdogan has amassed a £139million fortune with at least three palaces across Turkey, his ‘shopaholic’ wife Emine likes nothing more than spending money.

Emine Erdogan’s jet-set lifestyle is a whirlwind of one shopping trip after another where her particular passions are designer clothes and expensive antiques.

As a quarter of her country live in extreme poverty and almost two million live on just £3 a day, the president’s wife boasts she drinks specialist white tea at £1,500 a kilo… and drinks it from gold leaf glasses worth £250 each.

Read more: http://www.dailymail.co.uk/…/She-silk-wallpaper-bathroom-2-…
Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook

Реклама

19 İYUL 1920 — HƏSƏN BƏY AĞAYEVİ TİLİSDƏ ERMƏNİLƏR ÖLDÜRÜBLƏR

Стандартный

Hasan_bay_Agayev

Ağayev Həsən bəy Məşədi Hüseyn bəy oğlu — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, həkim, müəllim, Azərbaycan Demokratik Respublikası parlamentinin sədr müavini.[1]
Həsən bəy Ağayev 1875-ci ildə Gəncədə anadan olmuşdur. Gəncə klassik gimnaziyasında təhsilini başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin puluyla Moskva Universitetinin tibb fakültəsində oxuyaraq oranı bitirmişdir (1901). Vətənə qayıdaraq həkimlik etmişdir. 1906-1907-ci illərdə Güney Azərbaycanda yaşamağa məcbur olmuşdur. 1907-ci ildə Bakıda keçirilən Qafqaz müsəlman müəllimləri qurultayı mərkəzi komitəsinin sədri seçilmişdir. «Difai» təşkilatının üzvü olmuşdur.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olmuşdur. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalamışdır. 1918-сi il, iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışmışdır.
Dekabrda Parlament sədrinin müavini seçilmiş, sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra etmişdir. Cümhuriyyətin süqutundan sonra Tiflisə getmişdir.
19 iyul 1920-ci ildə Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatilin gülləsiylə şəhid olmuşdur.