Daily Archives: 29.07.2016

UZUN MÜDDƏT AXUNDOV KİTABXANASININ DİREKTORU OLMUŞ SALYANLI XADİM QƏHRƏMAN SÜLEYMANZADƏ

Стандартный

SÜLEYMANZADƏ

Qəhrəman Rəfi oğlu Süleymanzadə (d. 1 avqust 1910 – ö. 29 iyul 2001-ci il) — Azərbaycan SSR partiya və dövlət xadimi.

Qəhrəman Süleymanzadə 1910-cu il avqust ayının 1-də Bakı quberniyası Cavad qəzasının Salyan şəhərində anadan olmuşdur. Atası Rəfi Süleyman-zadə şəxsi gəmisi ilə Bakı-Həştərxan-Ənzəli istigamətində işləmiş, inqilabdan sonra gəmisi, əmlakı müsadirə edilmiş və həyatının sonunadək ailəsini cox çətinliklə dolandırmışdır. Qəhrəman 16 yaşından (1926-1928) “Qırmızı Muğan” nəşriyatında yığıcı kimi işləməyə başlamış, orta təhsilini tamamladıqdan sonra 1928-ci ildə Azərbaycan Ali Pedaqoji İnstituna daxil olmuşdur. İnstitutun sonuncu kursundan başlayaraq müəllim kimi fəaliyyət göstərməyə başlamış, 1931-ci ildə ali təhsilini başa vurmuşdur. Qəhrəman Süleyman-zadə Zaqatala şəhərində orta məktəb müəllimi və direktoru (1931-1934), Zaqatala rayon Komsomol Komitəsi katibinin müavini (1934-1935), Lenin (Sabunçi) və Maştağa (Abşeron) rayonlarında orta məktəb müəllimi və məktəb direktoru (1935-1938) işləmişdir.

1938-1940-cı illər Maştağa rayon Komsomol Komitəsinin 1-ci katibi, 1940-1942-ci illər həmin rayonun Partiya Komitəsində şöbə müdiri və katib, 1942-1948-ci illəri Maştağa Rayon Partiya Komitəsinin birinci katibi (eyni zamanda 1946-1948-ci illəri Bakı Ali Partiya məktəbini bitirmiş), 1948-1951-ci illər Vartaşen Rayon Partiya Komitəsinin birinci katibi, 1951-1957-ci iiləri Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi, 1957-1966-cı illəri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmişdir. 1966-1985-ci illərdə M.F. Axundov adina Respublika Dövlət Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. 1985-ci ildə fərdi təqaüdə çıxmışdır. Qəhrəman Süleymanzadə həyatı boyu xalqının, vətəninin taleyini düşünmüş , milli-mənəvi dəyərlərə, adət-ənənlərə ehtiramla yanaşmış, humanizm prinsiplərini əsas götürmüş, haqqı nahaqqa qurban verməmişdir. 2001-ci il 29 iyulda Bakı şəhərində vəfat edib.

Azərbaycan SSR Ali Sovetinin üç dəfə (2-ci, 3-cü və 4-cü çağırışlar) deputatı seçilmişdir.

vikipediya

 

Реклама

TÜRKİYƏDƏ «XAİNLƏR QƏBİRİSTANLIĞI»

Стандартный

КЛАДБИЩЕ.jpg

İstambulun şərqində itlər üçün sığınacaq tikilən sahənin dal küncündə təzə qazılmış, üstü nişansız bir qəbir gözə dəyir: bu, yeni “Xainlər məzarlığ”ında ilk qəbirdir. Məzarlıq  15 iyulda baş tutmamış dövlət çüvrilişi iştirakçılarını basdırmaq üçün xüsusi olaraq yaradılıb.

Tikinti sürətlə gedib. İki günün içinə fəhlələr sahənin ətrafında daş hasar çəkiblər , üstünə ağ hərflərlə “Xainlər qəbiristanlığı” yazılmış metal lövhə bazar günü qoyulub. İlk meyid bazar ertəsi si gətirilib. Fəhlələrin dediyinə görə, heç bir dini ayin icra olunmayıb.

Fəhlələr təzə qəbirdsə kimin basdırıldığını bilmirlər, ancaq yerli medianın dediyinə görə, qəbirdəki 34 yaşlı kapitan iki uşaq atası Mehmet Karabekirdir. Məlumat var ki, anası onun cənazəsini almaq istəməyib, buna görə də meyid “Xainlər qəbiristanlığı”nda basdırılıb

Tucked in the back corner of a construction site for a new dog shelter in eastern Istanbul lies a freshly dug, unmarked grave — the first in the new «Traitors’ Cemetery,» created specifically to hold the bodies of coup plotters who died in the July 15 abortive putsch.

Construction was quick. In two days, workers had built a low stone wall around a patch of land in the back of the site that will hold a new shelter for some of Istanbul’s many stray dogs. A black metal sign was put up Monday, with the words «Traitors’ Cemetery» in white.

The first — and so far, only — body arrived in an ambulance Monday, the workers say. No prayers were said and no ceremony was held for the burial beneath a dying pine tree.

The workers aren’t sure who lies beneath the rough mound of earth, stones and broken pine branches, but local media say the first to be interred there was Mehmet Karabekir, a 34-year-old captain and father of two. His mother, they reported, refused to claim his body, so he was taken to the new cemetery.

LOS  ANGELES TİMES

MƏZARININ YERİ BİLİNMİR: BƏRDƏLİ ZİYA QULİYEV

Стандартный

 

ZİYA QULİYEV

Quliyev Ziya Yelmar оğlu — döyüşçü.

Ziya Quliyev 29 iyul 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində dünyaya gəlib. Bərdə rayоn Hərbi Kоmisarlığına müraciət edərək könüllü surətdə Azərbaycan Silahlı Qüvvələrində xidmətə yollanıb. 701-ci hərbi hissənin sıravi avtоmatçı əsgəri оlub. 2 aprel 1993-cü ildə Laçın-Kəlbəcər bölgəsində gedən döyüşlərdə həlak olub. Məzarının yeri məlum deyil.