Daily Archives: 03.07.2016

ŞƏHİDLƏR: ON SƏKKİZ YAŞINDA HƏLAK OLMUŞ ŞABRANLI SAMİR ZÜLFÜQAROV

Стандартный

SAMİR ZÜLFÜQAROV

Samir Zülfüqarov 3 iyul 1976-cı ildə Şabran rayonunda anadan olmuşdur. Səkkizinci sinfə qədər burada təhsil alan Samir, ailə vəziyyətləri ağır olduğu üçün təhsilini yarımçıq qoyaraq işləmiş, ailələrinə dayaq olmuşdu. 1994-cü il Şabran rayonundan hərbi xidmətə çağırılır. Samir qısa müddətə «N» saylı hərbi hissədə silahların çoxundan istifadə etməyi öyrənmişdi. Nizam intizamı, ciddiliyi ona böyük hörmət qazandırmışdı. Komadirləri bütün bunları nəzərə alaraq Samirə qısa müddətli məzuniyyət verdilər. 1995-ci il mart hadisəsi xəbərini eşidən cəsur əsgər döyüşçü dostlarının yanına qayıtdı. Milli Ordu silahlı dəstəni zərərsizləşdirərkən Samir də əməliyyatda iştirak edirdi. O, ömrünün ən gözəl bir zamanında, dövlətçiliyimiz, suverenliyimiz uğrunda gənc ömrünü qurban verdi. 17 mart 1995-ci il Samir əbədiyyətə qovuşdu.

Subay idi.

4 aprel 1995-ci il tarixli 307 saylı fərmanla Zülfüqarov Samir Xəlil oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Şabran rayonunun Ağbaş kəndində dəfn edilib.

Реклама

3 ИЮЛЯ 1994 Г. — ТЕРАКТ В БАКИНСКОМ МЕТРОПОЛИТЕНЕ

Стандартный

3 iyul 1994-cü ildə Bakı Metropolitenin «28 May» və «Gənclik» stansiyaları arasında elektrik qatarında Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror. «28 May» stansiyasından çıxmış qatarın ikinci vaqonunda partlayış baş verir, partlayışdan sonra qatarda yanğın baş verir. Terror nəticəsində 13 nəfər həlak oldu, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı.

Terror aktını törətməktə şübhəli bilinən Azərbaycan respublikasının vətəndaşı, Azər Aslanov Moskva şəhərində həbs olunur, və Azərbaycana ekstradisiya edilir.

Bakı_metrosunda_partlayışlar

3 июля 1994 г. произошёл второй террористический акт в бакинском метро. В 8:30 во втором вагоне электропоезда, выехавшего со станции «28 мая», взорвалась бомба, в тот момент, когда состав находился в пятистах метрах от платформы станции «Гянджлик». После взрыва вагоны электропоезда вспыхнули. В результате теракта погибли 13 человек, ещё 58 пассажиров были ранены.

По факту организации взрыва в электропоезде между станциями «Гянджлик» и «28 мая» в Москве был арестован гражданин Азербайджана, Азер Асланов. 29 ноября 1997 года его экстрадировали в Азербайджан. В 1998 году Асланов показал, что указание провести этот теракт он получил, находясь в армянском плену, от публициста Зория Балаяна.