Daily Archives: 10.07.2016

10 İYUL- BÖYÜK YAZIÇI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜ

Стандартный

SABİR ƏHMƏDLİ

Əhmədli Sabir Məmməd oğlu — nasir, publisist, 1955-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984).

Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. ADU-nun filologiya fakültəsini bitirmişdir. «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləmişdir.

Sabir Əhmədlinin bir-birinin ardınca çıxan “Aran” iki hissəli romanı, “Pillələr”, “Yamacda nişanə”, “Toğana”, “Mavi günbəz”, “Yasamal gölündə qayıqlar üzürdü”, “Yasaq edilmiş oyun, ”Gülmalı kişinin axırı” əsərləri bütün respublikada şöhrət qazandı. 
Sabir Əhmədlinin əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib.
Doğma Qarabağ torpağına, Cəbrayıla qayıtmaq arzusu ürəyində qalaraq dünyasını dəyişən Sabir Əhmədli ölümündən bir müddət əvvəl televiziya müxbirinə 75 yaşdan sonrakı həyatının arzularını belə anlatmışdı: “Ürəyim düşmən tapdağında qalan Qarabağım, doğulduğum Cəbrayıl üçün nanə yarpağı kimi əsir, ən böyük arzum doğma torpaqlarımızın azad olması, Cəbrayılda ömrümün sonunacan yaşayıb, onun torpağına qarışmaqdır…”.

Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun qardaşıdır.

Öz oğlu Məhəmməd Xəlil Rza Ulutürkün oğluTəbrizlə ilə birgə şəhid olmuşdur.

Sabir Əhmədli 7 aprel 2009–cu ildə vəfat etmişdir.

 

Реклама

10 İYUL 1918 — CÜMHURİYYƏT ƏSGƏRLƏRİNİN KÜRDƏMİRDƏ QƏLƏBƏSİ

Стандартный

1918-ci il iyulun 10-da Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik «Bakı Soveti»nin qoşunlarını məğlub ediblər.

Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərrar dəmir yolu stansiyasını ələ keçiriblər.

Azeri_army_soldiers

AXC əsgərləri (1918)