Daily Archives: 12.07.2016

ŞƏHİDLƏR: AĞDAMLI BAXŞƏLİ PAŞAYEV

Стандартный

Baxşeyiş_Paşayev

Baxşeyiş Paşayev 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində doğulmuşdur. 1988-ci ildə Baxşeyiş xalq hərəkatına qoşulmuşdur.
Daha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırmış, «Qarabağ Müdafiə Şahinləri» dəstəsinin ən fəal üzvlərindən biri olmuşdur. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdir. «Ağsaqqal» ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan düşmənin xeyli canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdir. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdir. 1992-ci il iyul ayının 12-də erməni işğalçıları Xanabad kəndinə böyük qüvvə ilə hücuma keçmişlər. Əks hücumla döyüşçülərimiz başda Baxşeyiş Paşayev olmaqla düşmənin 7 postunu ələ keçirmiş, amma qəfil atılan düşmən gülləsi Vətnimizin bu cəsur övladının həyatına son qoymuşdur.
Ailəli idi doqquz övladı var.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğluna ölümündən sonra «Azərbaycan Milli Qəhrəmanı» adı verilmişdir.

Реклама

12 İYUL 1988 — STEPANAKERTİN AZƏRBAYCANIN TƏRKİBİNDƏN ÇIXMAQ QƏRARI

Стандартный

1988 – Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin sessiyasında muxtar vilayətin Azərbaycanın ərazisindən çıxması barədə antikonstitusion qərar qəbul olunub.
Bu, 1988-ci ilin fevralında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsasında Dağlıq Qarabağda başlanmış separatizmin davamı idi.
Bir gün sonra, 1988-ci il iyulun 13-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti sessiyasının qərarını qeyri-qanuni elan etdi.
12 июля 1988 областной совет Нагорного Карабаха принял решение о выходе из состава Азербайджана. На заседании 18 июля 1988 Президиум Верховного Совета СССР пришёл к выводу о невозможности передачи НКАО Армении.

КОМИССИЯ ПО ПРИМИРЕНИЮ  1918 ГОД

Карабахская комиссия по перемирию. 1918 г.