Daily Archives: 11.07.2016

ŞƏHİDLƏR: ZƏRDABLI MİLLİ QƏHRƏMAN ŞAHLAR ŞÜKÜROV

Стандартный

şahlar şükürov

Şahlar Şükürov 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1972-ci il təhsilini başa vurur və hərbi xidmətə çağırılır. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi almışdı.
O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu.
Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.
Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib.
Zərdab rayonunda adına küçə var. Buradakı məktəblərdən biri onun adını daşıyır.

11 İYUL 1990 -TƏRTƏR-KƏLBƏCƏR AVTOBUSU PARTLADILIB

Стандартный

11 iyul 1990-cı il. Erməni terrorçuları tərəfindən Ağdərə rayonunun «Tərtər-Kəlbəcər» sərnişin avtobusu partladılmış, dinc əhalinin olduğu maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.

Bakı-Gəncə sərnişin avtobusu.jpg

ŞƏHİDLƏR: LƏNKƏRANLI MİLLİ QƏHRƏMAN ETİBAR ƏLİYEV

Стандартный

etibar əliyev

Etibar Əliyev 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbdə 8-ci sinfi bitirib. O, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər vəzifəsinə yiyələnmişdir. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. Etibar Əliyev 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurmuşdur. Hal-hazırda Müsavat Partiyasının 1 saylı üzvlük vəsiqəsi Etibar Əliyevin adına yazılmışdır.

Ailəli idi. İki qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Etibar Əliyev Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Adına Lənkəran şəhərində küçə var. Şəhərin «23 Avqust» meydanında büstü qoyulub.