ŞƏHİDLƏRİ UNUTMAYAQ: ON DOQQUZ YAŞLI QƏHRƏMAN NATİQ MƏMMƏDOV

Стандартный

NATIQ MƏMMƏDOV

Natiq Məmmədov  11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində anadan olmuşdur. 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılır.

Natiq Məmmədov bir müddət təlim keçdikdən sonra döyüşlərdə iştirak edir. Natiq Füzuli, Ağdam, Tərtər cəbhələrində döyüşlərdə iştirak edtmişdir. 1994-cü il 4 oktyabr tarixində silahlı dəstə dövlət çevirilişinə cəhd etdi. Onlara xəbərdarlıq edilsə də silahı yerə qoymadılar. Dəstənin zərərsizləşdirilməsi zamanı Məmmədov Natiq dövlətçiliyimiz uğrunda canını qurban verdi.

Azərbaycan Resublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilib.

Buradakı uşaq baxçası qəhrəmanımız Natiqin adını daşıyır.

 

Обсуждение закрыто.