Daily Archives: 20.05.2016

20 МАЯ — ДЕНЬ РОЖДЕНИЯ БОЛЬШОГО УЧЕНОГО ПЕРВООТКРЫВАТЕЛЯ САЛМАНА МУМТАЗА

Стандартный
20 МАЯ — ДЕНЬ РОЖДЕНИЯ БОЛЬШОГО УЧЕНОГО ПЕРВООТКРЫВАТЕЛЯ САЛМАНА МУМТАЗА

Салман Мумтаз (азерб. Salman Mümtaz; псевдоним Салмана Мамедамин оглы Аскерова (азерб. Salman Məmmədəmin oğlu Əsgərov); 1884, Нуха —1941, Орёл) — азербайджанский поэт, литературовед, текстовед и книговед, собиратель средневековых рукописей, член Союза писателей Азербайджана (с1934 года). Работал научным сотрудником I разряда сектора литературы Института языка и литературы Азербайджанского филиала Академии наук СССР, был руководителем отделения азербайджанской литературы Азербайджанского государственного научно-исследовательского института (1929—1932).

Учился в Ашхабаде. С 1910 года выступал в «Молла Насреддине» и других журналах со стихами и фельетонами против религиозного фанатизма и отсталости. Помимо родного азербайджанского владел персидским, арабским, русским, турецким и урду языками. Салман Мумтаз подготовил к изданию сочинения классиков азербайджанской литературы: Насими, Ковси Табризи, М. П. Вагифа, Г. Закира, Мирза Шафи Вазеха и др. В 1927—28 гг. им опубликованы образцы азербайджанской ашугской поэзии в двух томах. Он также составил научно-критические тексты произведений Хатаи, Физули и др.

Став жертвой сталинских репрессий, Мумтаз был арестован в октябре 1937 года и приговорён к 10 годам лишения свободы. Будучи в заключении, был расстрелян в сентябре 1941 года в городе Орёл. 270 собранных им манускриптов погибли при аресте. Посмертно реабилитирован в 1956 году.

Mumtaz_(arrested)

Арестованный в октябре 1937 года Салман Мумтаз

Kopruluzade,_Huseynzade_and_Mumtaz

Мехмет Фуат Кёпрюлю-3адеАли-бек Гусейнзаде и Салман Мумтаз на Первом тюркологическом съезде в Баку в 1926 году

ВИКИПЕДИЯ

 

 

Реклама

ŞƏHİDLƏRİ UNUTMAYAQ: QUBADLILI QƏHRƏMAN KƏRƏM MİRZƏYEV

Стандартный

Kerem-Mirzeyev-milliqehrean

Mirzəyev Kərəm Ərşad oğlu 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur.  1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi.

Vətən torpağının xilas olması Kərəm Mirzəyevin yeganə arzusuna çevrildi. Bir sıra döyüşlərdə şücaət və cəsarət göstərdi. Kərəm Novlu, Seytas, Əyin və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdu. «Laləzar» əməliyyatının keçirilməsində büyük xidməti olmuşdur.  1992-ci il oktyabr ayının əvvəllərində ermənilər Laçın rayonunun Mazutlu kəndinə hücum etdilər. Mühasirəyə düşən döyüşçü yoldaşlarını xilas edən Kərəm 1992-ci il 1 oktyabrda Mazutlu kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə rast gəldi və qəhrəmancasına həlak oldu.

Yenicə ailə qurmuşdu, bir oğlu vardı.

Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Özü isə anadan olduğu və ürəyi qədər sevdiyi Qubadlı rayonunun Xanlıq kəndində torpağa tapşırıldı.

20 MAY — BÖYÜK MÜĞƏNNİ VƏ AKTRİSA HƏQİQƏT RZAYEVANIN DOĞUM GÜNÜ

Стандартный

Агигат_Рзаева

Həqiqət Əli qızı Rzayeva (20 may 1907, Lənkəran — 2 avqust 1969, Bakı) — müğənni (soprano), pedaqoq. Azərbaycanın xalq artisti (1946). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir.

Lənkəranın kiçik kəndlərindən birində anadan olmuşdur. Atası Əli kişi o hələ səkkiz aylıqkən dünyasını dəyişir. Həqiqətin anası ikinci dəfə dindar bir kişiyə ərə gedir. 1917-ci ildən Həqiqət Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra  onun ailəsi Bakıya köçür.

Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Dahi bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Opera Teatrında işə götürür.

1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi («Şah İsmayıl» — Müslüm Maqomayev), Leyli, Əsli, Telli («Leyli və Məcnun», «Əsli və Kərəm», «Arşın Mal Alan» — Üzeyir Hacıbəyov), Şahsənəm («Aşıq Qərib» — Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.

Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilmişdir. Lakin bu filmlərə baxdıqda onun nəinki bir opera müğənnisi, həmçinin, çox istedadlı bir kino aktrisası olduğunu da görürük. Xüsusilə «Ögey Ana» filmində Qəmər xala obrazını o qədər təbii oynamışdır ki, bu obrazı ondan başqa heç kəs belə oynaya bilməzdi.

Bəstəkar Azər Rzayevin və Həsən Rzayevin anasıdır.

ŞƏHİDLİƏRİ UNUTMAYAQ: LERİKLİ NATİQ TAHİRLİ

Стандартный
ŞƏHİDLİƏRİ UNUTMAYAQ: LERİKLİ NATİQ TAHİRLİ

Mayın 18-də  Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Tahirli Natiq Namiq oğlu doğulduğu Lerik rayonunun Almu kəndində dəfn olunub.

 7 ay əvvəl Bakının Nizami Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı N.Tahirli Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində şəhid olub. Düşmən onu snayperlə başından vurub. 

Məlumata görə, N.Tahirli aprel döyüşlərində də qəhrəmanlıq göstəribi və buna görə tərifnamə alıb. 

 

Allah rəhmət eləsin!

sehid_lerik

Şəhid Natiq Tahirli.jpg 2

http://report.az/dagliq-qarabag/azerbaycan-ordusunun-sehid-olan-esgeri-lerikde-defn-olunub/