Bakı. 13 may. REPORT.AZ/ Mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
«Report»un Şirvan bürosunun məlumatına görə, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində şəhidin dəfn mərasimi keçirilib.
Azərbaycanın üçrəngli bayrağına bükülmüş şəhidin cənazəsi bu gün doğulduğu qəsəbəyə gətirilib. Dəfn mərasimində şəhər icra hakimiyyətinin rəsmiləri, şəhidin komandirləri və əsgər yoldaşları, doğmaları ilə yanaşı ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, yayılım atəş sədaları altında şəhid doğulduğu qəsəbənin qəbristanlığında torpağa tapşırılıb. Cənazəyə bükülmüş üçrəngli bayraq şəhidin atasına təqdim edilib.
Əfəndiyev Hikmət Ziya oğlu (13 may 1929 — 2 avqust 1995) – Azərbaycan şairi, tərcüməçi
.Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947-1952). «Azərbaycan pioneri» qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952-1969), «Göyərçin» jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində işləmişdir (1984).
Ədəbi yaradıcılığa 1952-ci ildə «Azərbaycan pioneri» qəzetində çap edilən «Qeqola» adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda «Atamın hədiyyəsi» (1957), «Bahar gözəldir, ya qış?» (1959), «Milçək ürəyi» (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. «Sınaq», «Ekiz qardaşlar» pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına («Nənəmin nağılı», «İkilərin sərgüzəştləri», «Solğun çiçəklər») və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur.
Mehman Dadaşov 13 may 1971-ci ildə Bərdə rayonunda doğulmuşdur. 10 avqust 1992-ci ildə Bərdə RHK-dan orduya çağırılmışdır. Sıravi əsgər Dadaşov Mehman 701-ci hərbi hissənin avtomatçısı olmuşdur. 11 fevral 1994-cü ildə Kəlbəcər rayonu istiqamətində itkin düşüb.