Daily Archives: 01.05.2016

«KOROĞLU» DASTANI: QIRATIN TƏRİFİ

Стандартный
«KOROĞLU» DASTANI: QIRATIN TƏRİFİ

“HƏMZƏNIN QIRATI APARMASI” QOLUNDAN

 

   QIRATIN TƏRİFİ

 

Əylən, deyim Qıratın qiymətini,
Səksən min sərkərdə mala da vermə!
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən min xəzinə pula da vermə!

 
Səksən min ilxıya, səksən min ata,
Səksən min mahaldan gələn barata,
Səksən min kotana, səksən min cütə,
Səksən min kotanlı kala da vermə!

 
Koroğlu dövlətin endirsin düzə,
Say götür hamısın səksən min yüzə.
Səksən min gəlinə, səksən min qıza,
Səksən min ərgənə, dula da vermə

Реклама

ŞƏHİDLƏRİ UNUTMAYAQ: ŞAMAXILI AYAZ QULİYEV

Стандартный

Ayaz_Quliyev_(şəhid)

Ayaz Quliyev  1 may 1967-ci ildə Azərbaycanın Şamaxı rayonunun, Cəyirli kəndində anadan olmuşdur. Ayaz Quliyev Qarabağ müharibəsinin iştirakçısıdır. 31 avqust 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Ayaz Quliyev 1 may 1967-ci ildə Azərbaycanın Şamaxı rayonunun, Cəyirli kəndində anadan olmuşdur. Hacıqabul rayonunda ailə həyatı qurmuşdur. Ayaz Quliyev Hacıqabulda tikinti idarəsində işləmişdir.

Ayaz Quliyev 15 iyul 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Ayaz Quliyev Ağdamın Qərvənd və Şelli kəndlərində döyüşlərdə iştirak etmişdir. 31 avqust 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. 

Şamaxı rayonunda dəfn olunmuşdur.

 

1 MAY — MILLI QƏHRƏMAN FAİQ CƏFƏROVUN DOĞUM GÜNÜ

Стандартный

Faiq_Cəfərov

Cəfərov Faiq Əliqulu oğlu 1974-cü il may ayının 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1992-ci ilin sentyabr ayından Sərhəd Qoşunları Baş İdarəsinin Naxçıvan Sərhəd Dəstəsində hərbi xidmətə başlamışdır. Sərhəd Qoşunlarında xidmət etdiyi dövrdə Azərbaycanın cənub hüdudlarının mühafizəsində fərqlənmişdir. 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstərmiş, həmin döyüşlərdə ağır yaralandığı üçün Faiq Cəfərov ehtiyata buraxılır.

Bir müddət sonra öz həyatını dövlətçiliyimiz və xalqımıza xidmət etməyə bağlayan qəhrəmanımız bir ildən sonra yenidən orduya qayıdır.

F.Cəfərov 1999-cu il avqust ayının 19-da avtomobil qəzası nəticəsində həlak olmuşdur.

Ailəli idi, iki övladı var.

Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə gizir Cəfərov Faiq Əliqulu oğlu «Azərbaycan Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Cəlilabad rayonunda dəfn edilmişdir.

ŞƏHİDLƏRİ UNUTMAYAQ: MİLLİ QƏHRƏMAN BAXŞEYİŞ PAŞAYEVİN 80 İLLİYİ

Стандартный

BAXŞEYİŞ PAŞAYEV

Baxşeyiş Xanəhməd oğlu Paşayev 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində doğulmuşdur. Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1988-ci illərdə Qarabağda vəziyyət pisləşəndən, Əli və Bəxtiyar qətlə yetiriləndən sonra Baxşeyiş xalq hərəkatına qoşulmuşdur.

Daha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırmış, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər etmişdir. Baxşeyiş «Qarabağ Müdafiə Şahinləri» dəstəsinin ən fəal üzvlərindən biri olmuşdur. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdir. «Ağsaqqal» ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyli canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdir. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdir. 1992-ci il iyul ayının 12-də erməni işğalçıları Xanabad kəndinə böyük qüvvə ilə hücuma keçmişlər. Əks hücumla döyüşçülərimiz başda Baxşeyiş Paşayev olmaqla düşmənin 7 postunu ələ keçirmiş, amma qəfil atılan düşmən gülləsi Vətnimizin bu cəsur övladının həyatına son qoymuşdur. O, döyüş meydanında qəhrəmancasına həlak olmuşdur.

Ailəli idi, doqquz övladı var.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğluna ölümündən sonra «Azərbaycan Milli Qəhrəmanı» adı verilmişdir.

Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

1 МАЯ 1918 — РЕЗНЯ В ГУБЕ

Стандартный
1 МАЯ 1918 — РЕЗНЯ В ГУБЕ

1 мая в Губу вступило состоящее исключительно из армян трехтысячное соединение, во главе которого стоял известный ненавистью к мусульманам дашнак Амазасп Срвандзтян. Оно также входило в состав Красной армии.

Вот как вспоминает прибытие в Губу отряда Амазаспа Ильянцев, служивший в красногвардейском отряде Еврейской слободы Губинского уезда: «Через несколько дней мы услыхали, что прибыл отряд Амазаспа в количестве 1500 человек. По дороге сжигал села. Оказалось, что Амазасп приехал под видом большевика, но он и его отряд вели национальную резню, сжигая села и города, грабя население и потом уехали».

Другой свидетель событий, член красного отряда в городе Губе Мир Муса вспоминал: «Дашнак Амазасп начал расправляться с тюркским населением. Начался массовый террор, грабеж и убийство».

Были случаи, когда население высылало навстречу отряду Амазаспа парламентеров с белыми флагами для изъявления покорности. Однако солдаты Амазаспа не входили с ними даже в переговоры и расстреливали на месте, а посылавшие их селения громили. Подобный случай, например, имел место в селениях Дивичи-Базар и Кызыл-Бурун, жители которых отправили на встречу отряду Амазаспа 15 почтенных стариков с хлебом-солью. Солдаты расстреляли их всех.

Утром 1 мая отряд Амазаспа, окружив город Губу, расположенный в 170 километрах к северо-востоку от Баку, начал обстреливать его из пушек, пулеметов и ружей. Хотя в этом не было никакой необходимости, т.к. жители города и не собирались оказывать никакого сопротивления. Тем не менее взятие города сопровождалось избиением мусульманского населения. Солдаты расстреливали попадавшихся на улицах Губы мужчин, женщин и детей, врывались в дома и вырезали целые семьи, не щадя даже грудных младенцев, которых расстреливали или зарубали кинжалами прямо на груди матерей.

Солдаты Амазаспа приказывали почтенным старикам доставлять им мусульманских женщин, а в случае отказа убивали их на месте. Именно за отказ выполнить подобный приказ был убит житель Губы Али-Паша Кербелаи Магеррам оглу и его сын, которого закололи штыками, предварительно выколов глаза в присутствии отца.

“Установление советской власти” отрядом Амазаспа в Губинском уезде завершилось гибелью около 2 тыс. мирных азербайджанцев. Солдаты отряда Амазаспа, как и их единомышленники в других регионах Азербайджана, кроме убийств, занимались еще мародерством и грабежами.

http://kavpolit.com/articles/martovskie_sobytija_1918_goda_v_baku_kak_eto_bylo-15455/