Daily Archives: 10.05.2016

ŞƏHİDLƏRİ UNUTMAYAQ: LAÇINLI XAQANİ AXUNDOV

Стандартный

Xaqani_Axundov

Axundov Xəqani Həsən oğlu 10 may 1950-ci il tarixdə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur.

1967-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsinə daxil olur. 1970-ci ildə təhsilini vuraraq hərbi xidmətə çağırıldı. 1972-ci ildə   Moskva ətrafında hərbi xidmət borcunu yerinə yetirərək  dogma kəndinə qayıtdı və «28 aprel kolxozu»nda ilk əmək fəaliyyətinə başladı.

Qarabağ ərazisinin hər bənd-bərəsinə, cığırına ovcunun içi kimi bələd olan döyüşçü 15 sentyabr 1992-ci ildə N saylı hərbi hissənin kəşfiyyat bölüyündə hərbi xidmətə başladı. Hərbi xidmət göstərdiyi müddətdə özünü çox bacarıqlı, nizam-intizamlı, öz işinin bilicisi olan bir hərbiçi kimi tanıtmışdır.

Keçirilən bütün hərbi əməliyyatlar zamanı ön cərgədə olan Xəqani Axundova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 31 dekabr 1992-ci il tarixli əmri ilə kizir rütbəsi verildi.

Ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilmişdir

Subay idi.

kurdhaci

KÜRDHACI KƏNDİ

10 MAY — CÜMHURİYYƏT NAZİRİ VƏ QARABVAĞ QUBERNATORU XOSROV BƏY SULTANOVUN DOĞUM GÜNÜ

Стандартный

Khosrov_bey_Sultanov

Sultanov Xosrov bəy Paşa bəy oğlu (1879–1943) — dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri.

Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.

Hazırda Bakı Metropolitenində baş mühəndis işləyən Soltan bəyin nəvəsi Elbrus Muradovun verdiyi müsahibədə Xosrov bəy Sultanovun gözünün birindən necə məhrum olması barədə xatirələrini bölüşüb.

Elbrus bəy bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib.

Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.

1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edir. 

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır.

Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olmuşdur.

Əlipaşa bəy Sultanovun oğlu, Sultan bəy Sultanovun balaca qardaşıdır. Onun arvadı Odessa universitetinin rektorunun qızı olub.

ŞƏHİDLƏRİ UNUTMAYAQ: AĞCABƏDİLİ QƏHRƏMAN NAMİQ ABDULLAYEV

Стандартный

Namiq_Abdullayev_(milli_qəhrəman)

Namiq Vahid oğlu Abdullayev 10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirən Namiq orduya getmək istədiyini bildirir. Lakin yaşı çatmadığına görə onu cəbhəyə göndərmirlər.

Namiq 1992-ci ilin dekabr ayında cəbhəyə yola düşür. 1993-cü il 9 fevralda erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Amma onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar. N.Abdullayev bu döyüşdə xüsusilə fərqlənir. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı. Zirehli texnikanın heyəti məhv edildi və vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşdu.

Azərbaycan respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Avşar kəndində dəfn edilib.

Avşar kənd orta məktəbi onun adını daşıyır.

 

ЕГО ПУСТИЛИ, ОН ОПЯТЬ ЭТО СДЕЛАЛ…

Стандартный

Мирмагомеда Сейидли, возглавляющего танцевальную группу, как известно, в мае прошлого года решением Правления исключали из ЛАСО. В конце апреля 2015 г. М. Сейидли выломал дверь нашего офиса, устроил там драку. Так как в то время Ширван Керимов в отсутствовал в Самаре, дверь в течение четырех дней продолжала лежать на полу, офис со всеми документами, со всей техникой оставался открытым. Участники драки, главным образом Мирмагомед Сейидли, проявили беспрецедентную наглость, не посчитав нужным даже починить дверь.

ДВЕРЬ 1

30.04. 2015 Дом дружбы народов. Мастер на все руки Мубариз Гулиев устанавливает в нашем офисе новую дверь вместо старой, разбитой во время «нашествия варваров».

До этого Мирмагомед Сейидли становился героем разных инцидентов – оскорблял, даже бил детей, родители жаловались, некоторые лично мне.

Об определенной неадекватности этого человека говорит то, что М. Сейидли публично, в качестве комментария к одной записи на моей странице в Фейсбуке, призывал «отрубать головы неверным».

ДВЕРЬ КОММЕНТАРИЙ

     документ для ФСБ

Спустя некоторое время он вновь вмешался в разговор в Фейсбуке на моей странице, совершенно к нему не относящийся, оскорбив меня и Расима Шамиева, который почти лет на двадцать старше его.

Тогда я его заблокировал. А осенью его вновь вернули в организацию – я не стал вмешиваться. Мало того, в течение последних месяцев каждое телодвижение танцевальной группы я широко освещал в «Очага», в том числе в Интернете. Хотя, откровенно скажу, работа М. Сейидли в качестве хореографа отвратительная. Одни те же примитивные движения из года в год – вот его «постановки». Но я решил больше не высказать своего мнения по качеству танцев, раз руководство организации такое положение дел устраивает. Честно говоря, я просто хотел избежать конфликтов.

Но вот вчера опять Мирмагомед Сейидли зашел на страницу газеты «Очаг» в Фейсбуке и оставил оскорбительный комментарий. Я, конечно, его заблокировал, он больше туда не зайдет. Но как быть в этом случае? Меня опять упрекнут в том, что я выношу сор из избы. Но как мне себя защитить? Кто меня защитит? Работу мою, практически никто, кроме Ширвана Керимова, не поддерживает, а желающих помешать, сорвать, парализовать много. Разве я не имею право зашивать себя доступными средствами?

Я не вправе отправить призыв Мирмагомеда Сейидли относительно неверных в правоохранительные органы? Разве это не мой долг предупреждать? Вдруг он действительно отрубит кому-нибудь голову, что тогда?

Есть анекдот. О том, что все болезни от нервов, только одна болезнь от… Все наши болезни от бедности. Были бы у нас деньги, у нас был бы настоящий хореограф, а не погромщик…