16 YANVAR — LERİKLİ MİLLİ QƏHRƏMAN RÖVŞƏN ABDULLAYEVİN DOĞUM GÜNÜ

Изображение

rovsen_924

Rövşən Əbdülhüseyn oğlu Abdullayev (d. 16 yanvar 1969, Lerik – ö. 13 sentyabr 1993, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 

Rövşən Əbdülhüseyn oğlu Abdullayev 1969-cu il 16 yanvarda Lerik rayonunda doğulmuşdur.

Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür.

Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə verirlər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı.

Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1993-cü il Rövşənin son döyüşü oldu. Erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə «QAZ-66» markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm dirim savaşına girdilər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr etdi özü isə ağır yaralansada silahı yerə qoymurdu. Yoldaşları onu xəstəxanaya çatdırsalarda artıq gec idi…

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində abidəsi qoyulmuşdur. Adına Lerikdə mədəniyyət evi və küçə var.

 

Обсуждение закрыто.