Daily Archives: 19.01.2016

19 YANVAR — HƏMİDƏ XANIM CAVANŞİR-MƏMMƏDQULUZADƏNİN DOĞUM GÜNÜ

Стандартный

Həmidə_Məmmədquluzadə

Həmidə Məmmədquluzadə (19 yanvar 1873-ci il, Kəhrizli, Ağcabədi, Rusiya İmperiyası — 6 fevral 1955-ci il, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü.

Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873 -cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmiş, Cəlil Məmmədquluzadənin həyat yoldaşı olmuşdur. Nəcib bir insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz «ot kökü üstə bitər» məsəli ilə tam uzlaşır. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, «Molla Nəsrəddin»in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü. 

Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.

Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

 

Реклама

19 YANVAR — QAZAXLI MİLLİ QƏHRƏMAN ŞAMOY ÇOBANOVUN DOĞUM GÜNÜ

Стандартный

Şamoy_Çobanov

1965 — Şamoy Çobanov — Azərbaycanın Milli Qəhrəmanı
19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər ortaməktəbini bitirdikdən sonra, avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Ş.Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunaraq, Qazax rayonuna qayıdır. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur. Ermənilərin Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş.Çobanov da xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. «Qanlı dərə» deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirir. Həmin döyüşdə cəsur polis işçisi qəhrəmancasına həlak olur. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Ağköynək kəndində dəfn edilmişdir.

Ağköynək kənd məktəbi onun adını daşıyır.

2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman — Mərifət Nəsibov və Rafiq Alıcanovun həyat və döyüş yollarından bəhs edən «Qartal yuvası» sənədli-bədii filmi çəkilmişdir.

19 YANVAR — MİLLİ QƏHRƏMAN ŞAMİL RAMAZANOVUN DOĞUM GÜNÜ

Стандартный

RAMAZANOV

Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı.

 19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə burada orta məktəbdə təhsil almışdır. 19 mart 1994-cü ildə Ağsu rayonunda hərbi xidmətə çağırılır. Gəncə şəhərindəki «N» saylı hərbi hissədə təlim keçən Şamil komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirir, tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1995-ci il məlum 13-17 mart hadisələri baş verdi, silahlı dəstənin zərərsizləşdirilməsi zamanı cəsur əsgər qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.

Ağsu rayonunun mərkəzi Kinoteatrı qəhrəmanımızın adını daşıyır.

P.S.Öləndə Şamilin cəmi 19 yaşı olub. Təsəvvür edirsiniz? Məktəb uşağı… 19 yaşlı yeniyetməni əslində xüsisi təlim görmüş hərbçilərə aid əməliyyata cəlb ediblər — buna haqq qazandırmaq olarmı?

Biz Şamilin şücaətinin şübhə altına almırıq. Ancaq insan həyatının, həm də gənc, əslində yeniyetmə həyatının bu cür məhviylə barışmaq olmur. Bu ana uşağına «terrroçularla» mübarizə üsullarını haçan öyrətmişdilər?

Daha bir məsələ. Qəhrəmanın adı Ağsu kinoteatrına verilib. Məgər Azərbaycan rayonlarında işləyən kinoteatrlar qalıb?

20 ЯНВАРЯ ЛАСО ПРОВОДИТ ТРАУРНОЕ МЕРОПРИЯТИЕ

Стандартный

800px-Baku_1990_january_09

20 января 2016 г. СООО «Лига азербайджанцев Самарской области» проводит собрание, посвященное очередной годовщине трагических событий, связанных с вводом частей Советской Армии Баку и другие города Азербайджана в ночь с 19-го на 20-е января 1990 года.

Место проведения мероприятия: «Дом дружбы народов». Адрес: г. Самара, ул. Воронежская, 9

Начало: 18.00