Daily Archives: 30.01.2016

ŞƏHİD ƏSGƏR NAHİD SƏFƏROV LƏNKƏRANDA DƏFN EDİLİB

Стандартный

Lənkəran. Ağəddin Babayev — APA. Ötən gün saat 15.00 radələrində Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Nahid Fikrət oğlu Səfərov bu gün dəfn edilib.

APA-nın cənub bürosunun məlumatına görə, Tovuz rayonu istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri  iştirak ediblər.

Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, N. Səfərov 2014-cü ilin oktyabr ayında orduya çağırılıb. Tərxis olunmağına cəmi 2 ay qalmışdı.

http://m.apa.az/az/news/413941

Реклама

ŞAMAXI QƏZASININ BALOĞLAN-QUBALI KƏNDİNDƏ KÜTLƏVİ QIRĞIN

Стандартный
ŞAMAXI QƏZASININ BALOĞLAN-QUBALI KƏNDİNDƏ KÜTLƏVİ QIRĞIN

AKT

1919-cü il fevralın 6-cı günündə.

Mən, Balaoğlan- Qubalı kəndinin kəndxudası, 217 ev sayında kəndin seçilmiş möhtərəm sakinləri ilə bilikdə aşağıdakılar barədə akt tərtib edirik: 1918-ci ilin mart ayında ermənilərin kəndimizə hucumu zamanı kənd sakinləri aşağıdakı ziyanlara məruz qaldılar:

1.Öldürənlər: kişi — 400, qadın — 290, uşaqlar — 348.

  1. Yaralananlar: kişi -40, qadın — uşaqlar -40.
  2. 300.000 rubl məbləğində 207 ev və tikindi dağıdılıb. (Sənədin əslində 300.000 rəqəminin üstündən xətt çəkilib, görünür bu məbləğ səhvdir).
  3. 285.000 rubl dəyərində ev, tikililər yandırılıb.
  4. 30.000.000 manat dəyərində 10.000 baş iri buynuzlu mal-qara qovulub aparılıb və öldürülüb.
  5. 15.000.000 dəyərində 15.000 baş xırda heyvan və qoyun.
  6. 24.000.000 rubl dəyərində ev əşyları, kənd təsərrüfatı alətləri, çörək və taxıl talan edilərək aparalıb.
  7. 100.000 dəyərində tut və üzüm bağları sıradan çıxarılıb.
  8. 10.000.000 rubl dəyərində məhsul… və çörəklər aparılıb və zay edilib.
  9. Əkilməmiş sahələrdən dəyən ziyan 10.000.000 r.
  10. Bütün ziyanlar 8.978.500 (? min) rub. (Belə aktlar Padar, Təəzə ceqirli, köçyeri Xila, Şorbaçı, Paşalı, Kövlər, Kazımi, Talış, Meinimanq, Abdulyan, Kolanı -Turanı, dağ Kolanısı, Bzoavend Rəhimli, Rəhim Ağalı, Qaraqaşlı, Rəncbər, Qaraqaşlı Arat, Nəvaqi, Kuruzma kəndlərinin kəndxudaları tərəfindən tərtib edilmişdir).

 

Möhür

Kənd kəndxudası imza

Kənd mollası imza

Ağsallar 7 imza

 

Müttəfiq orduların baş komandanı əlahəzrət Tomsona şamaxılıların vəkil etdiyi Bakı şəhərində yaşayan Hacı Sol-Zamanov, Hacı Mir İsmayıl və Meşəli Abdul Hüseyn Nadirovdan.

 

Mənbə: MDAor AzSSR,F.1061, op.1,i.99, l.12

 

 

ZƏNGƏZURDAN GƏNCƏ QUBERNATORUNA RAPORTLAR

Стандартный
ZƏNGƏZURDAN GƏNCƏ QUBERNATORUNA RAPORTLAR

  1. Zəngəzur Qəza Rəisinin Gəncə Qubernatoruna 28 yanvar 1919-cu il tarixli 180 №li raportu.

 

Beşinci sahədə Kiqi-Doralı dərəsində yerləşən Kirətağ, Kovşut, Qarabaş, Baharlu, Kiqi, Daşbaşı və başqa müsəlman kəndləri erməni quldur dəstələri və Andranikin dəstələrindən yüz nəfərdən ibarət bir bölüyün iştirakı ilə mühasirə vəziyyətində saxlanılmaqdarır. İkinci sahənin erməni kəndi Gerinzorun kənd yolunda pusqu quran ermənilər Ağarlu və Malxələf dərəsi ilə yol gedən müsəlmanları atəşə tuturlar.

 

  1. Zəngəzur Qəza Rəisinin Gəncə Qubernatoruna 4 fevral 1919-cu il tarixli 229 №li raportu.

 

4-cü sahənin pristavı tərəfindən Gük-Qışlaq kəndini sakinlərindən Abbas Cavad oğlu və Nəbi Nəcəfli və bir də Kedekli kənd sakini Niyazəli Şükür oğlu Katar zavodlarına ordakı erməni Milli Şurasına göndəriliblər. Onlardan yalnız döyülmüş və yaralanmış Niyazəli Şükür oğlu geri qayıdıb, iki nəfərinin isə aqibəti məlum deyil, onlar atları ilə birlikdə orada saxlanılıblar.

 

  1. Zəngəzur Qəza Rəisinin Gəncə Qubernatoruna 28 yanvar 1919-cu il tarixli 138 №li raportu.

 

3-cü sahədə ermənilər, Akarak və Qarababa kəndinin sakinləri bu il yanvarın 21-də Xoştabanlıların qoyun sürüsünə hücum edərək onu qovub aparmağa çalışıblar, lakin geri otuzdurublar.

 

  1. Zəngəzur Qəza Rəisinin 21 yanvar 1919-cu il tarixli 94 №li raportu.

 

1918-ci il dekabrın sonunda Qaraçiman kəndi Akrak, Sirkatak v Ucanis erməni kəndləri tərəfindən darmadağın edilib, qeyd edirik ki, yeddi müsəlman öldürülmüşdür.

 

  1. Cavad Qəza Rəisinin Gəncə Qubernatoruna 15 fevral 1919-cu il tarixli 301 №li raportu.

1919- ic yanvarın otuzunda can-Yataq və Gül-Yataq kəndlərinin sakinlərindən ibarət bir neçə silahlı erməni gənclərinin dəstəsi mal-qaranı qovub aparmaq məqsədilə Qalayçılar müsəlman kəndinə basqın edərək, hucuma keçiblər, lakin itkisiz geri otuzdurulublar.

http://soyqirim.tr.gg/AXC-d—k1-1918_1920-k2—Qaraba&%23287;-haqq&%23305;nda-m&%23601;lumatlar.htm