Daily Archives: 06.01.2016

ГАЗЕТА «ОЧАГ» 2015-12

Стандартный

СКР 2015-12 1очаг12_цвет_2015

Реклама

6 YANVAR — SSRİ XALQ ARTİSTİ İSMAYIL DAĞISTANLININ DOĞUM GÜNÜ

Стандартный

DAĞISTANLI

İsmayıl Yusif oğlu Hacıyev, İsmayıl Dağıstanlı — Azərbaycan aktyoru.

İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində dоğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926-1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933).

1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V.İ.Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının «Şərqin səhəri» pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. Ömrünün sоn illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.

İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.

6 YANVAR 1938 — MİKAYIL MÜŞFİQ GÜLLƏLƏNİB

Стандартный

musfiq_turmede_sekil_esas

İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) (5 iyun 1908 — 6 yanvar 1938) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934).

Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir..Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).

Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı-«Küləklər» 1930-cu ildə nəşr olunmuşdur.

O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir. Bunlar A.S.Puşkinin»Qaraçılar» (Ş.Abbasovla birlikdə),Taras Şevçenkonun «Kobzar»(Əhməd Cavadla birlikdə),Yegişe Çarensin «Şeirlər», S.Y.Marşakın «Huşsuza bax,huşsuza», M.F.Axundovun «A.S.Puşkinin ölümünə şərq poeması» kitablarıdır. 1931-1937-ci illərdə Dilbər Axundzadəilə ailə həyatı sürmüşdür.  1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnmişdir. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir.

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulmuşdur.

 

       GECƏ DÜŞÜNCƏSİ

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

                   Bunları seyr edərkən

                   Bir az fikrə gedərkən

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

                   Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

Gecə sakit… düşüncəm sakit deyildir fəqət,

Gözlərimin önündə canlandı bir həqiqət.

Xəyalım ənginlərə o qədər yüksəldi ki,

                   Mənə öylə gəldi ki,

                   İlk dəfədir kainat-

Dünyanı sellərində çalxayan bizim həyat

                   Sağda, solda döyüşmüş,

                   Sonra yoluna düşmüş.

 

Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!

Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!

Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,

                   Yarı qönçə, yarı gül.

 

Səni gördüm, xəyalım o qədər yüksəldi ki,

                   Mənə öylə gəldi ki,

Bizə bu nazlı aləm görünərdi qaranlıq,

Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.

 

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

                   Bunları seyr edərkən,

                   Bir az fikrə gedərkən,

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

                   Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…