Daily Archives: 15.01.2016

15 YANVAR 1993 — MILLI QƏHRƏMAN ELMAN HÜSEYNOV HƏLAK OLUB

Изображение

Milli Qəhrəmanımızın şəhid olmasından 23 il ötdü…


Azərbaycanın Milli Qəhrəmanı, mayor Hüseynov Elman Süleyman oğlunun ölümündən 23 il keçir. Şəhid zabitimiz 1993-cü ilin 15 yanvarında vətən uğrunda həlak olub.
Azərbaycanın Milli Qəhrəmanı, mayor  Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olmuşdur. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968- 1973-cü illərdə Azərbaycan Politexnik İnstiutunda mühəndis ixtisası üzrə ali təhsil almışdır.1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant, baş leytenant rütbəsində zabit kimi xidmət etmişdir. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır.1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini, rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmışdır. Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, Qarabağda baş verən hadilələrlə bağlı  1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor  yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında  Tərtər özünü müdafiə qərərgahının  rəisi təyin olunmuşdur. 12 noyabr 1991-ci ildə  Müdafiə Nazirinin müvafiq  əmri ilə təşkilatçılığı ilə yaradılan Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunmuşdur. Qısa zaman ərzində Tərtər rayonunun və ətraf sərhəd kəndlərinin müdafiəsi üzrə mühüm strateji postların yaradılmasını təşkil edir.Sonralar   Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirakı, Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş uğurlu döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilir. Döyüşlərdə iki dəfə yaralanmışdır. 
1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə “Respublikamızın ərzi bütövlüyü və suverenliyinin qorunmasında,vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi igidlik və şəxsi şücaətə,öz müqəddəs və xidməti borcunu şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə” mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adına layiq görülmüşdür. 
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına Tərtər rayonunda və Bakı şəhəri Xəzər rayonunda küçə əbədiləşdirilib. Tərtər şəhərində  qəhrəmanın büstü ucaldılıb. Evli idi. Üç övladı var.
Реклама

15 YANVAR — QÜDRƏTLİ ŞAİR NAZİM HİKMƏTİN DOĞUM GÜNÜ

Изображение

nazim-1-300x225

Nazim Hikmət və ya Nazim Hikmət Ran (d. 15 yanvar 1902, Saloniki — ö. 3 iyun 1963, Moskva) — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (

Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şer yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. «Sərvliklərdə» adlı ilk şeri 1918-ci ildə «Yeni məcmuə» jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.

1924-cü ildə Türkiyəyə qayıtmış, inqilabi «Oraq-çəkic» qəzetində, «Aydınlıq» jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış etmişdir. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlmişdir. 1928-ci ildə Bakıda şairin «Günəşi içənlərin türküsü» adlı ilk şerlər kitabı çapdan çıxmışdır. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatmış və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilmişdir.

1929-cu ildə «835 sətir», 1930-cu ildə «Baron-3», 1930-cu ildə «1+1=1», 1931-ci ildə «Səsini itirmiş şəhər» kitablarındakı şerlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdır. 1924-cü ildə yazdığı «Cokonda və Şi-Ya – u» poeması, 1932-ci ildə yazdığı «Benerci özünü niyə öldürdü» mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəlmişdir. Onun «Kəllə», 1932-ci ildə «Bir ölü evi, yaxud mərhumun naləsi», «Bayramın ilk günü», 1935-ci ildə «Şöhrət və ya unudulan adam» pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilmişdir. 1932-ci ildə türk kommunistlərini yekdil mübarizəyə səsləyən «Gecə gələn teleqram» şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunmuşdur. Bir ildən sonra amnistiya əsasında azad edilmişdir. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunmuşdur.

1935-ci ildə yazdığı «Taranta Babuya məktublar» poemasında, 1936-cı ildə qələmə aldığı «Alman faşizmi və irqçiləri» publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – «Şeyx Bədrəddinin dastanı» çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur «İnsan mənzərələri» epopeyasını, «Həbsxanadan məktublar» silsiləsini, «Məhəbbət əfsanəsi», «Yusif və Züleyxa» pyeslərini və s. əsərlərini həbsxanada yazmışdır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur.

1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə «Türkiyədə», 1955-ci ildə «Qərib adam», 1956-cı ildə «İvan İvanoviç vardımı, yoxdumu», 1960-cı ildə «Domokl qılıncı» və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər («Bir məhəlləli iki oğlan», «Sevdalı bulud», «Yaşamaq gözəldir, qardaşım», «Məhəbbətim, kədərim mənim») çəkilmişdir.

1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olmuşdur.

Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şerləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin «Məhəbbət əfsanəsi» pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar bəstələmişlər. R.Babayev «Kəllə» pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır.

Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etmişdir.

 

Məmləkətim, məmləkətim, məmləkətim…
Nə səndə tikilən pencəyim qaldı,
Nə yollarını ölçmüş ayaqqabım.
Son köynəyim də üstümdə parçalandı çoxdan
Şilə parçasındandı.
Sen indi yalnız saçlarımın ağında,
infarktında ürəyimin ,
alnımın qırışındasan məmləkətim!
Məmləkətim, məmləkətim!

Memleketim, memleketim, memleketim,
ne kasketim kaldı senin ora işi
ne yollarını taşımış ayakkabım,
son mintanım da sırtımda paralandı çoktan,
şile bezindendi.
Sen şimdi yalnız saçımın akında,
enfarktinda yüreğimin,
alnımın çizgilerindesin memleketim,
memleketim, memleketim.

 

 

ЗАМГЛАВЫ РУКОВОДИТЕЛЯ АДМИНИСТРАЦИИ ГУБЕРНАТОРА Д.ПОДСЕВАТКИН ПОЗДРАВИЛ Ш. КЕРИМОВА

Стандартный

ПОДСЕВАТКИН ФОТО

ПОДСЕВАТКИН ТЕКСТ