Əkbərovlar ailəsi: Azərbaycan xalqı Dünyanın hansı ölkəsində yaşamasına baxmayaraq öz ölkəsini, torpağını sevir və onun adını daima zirvələrə qaldırır.
Region-xeber.info xəbər verir ki, 30 dekabr 2015-ci il Rusiya Fedarasiyasının Samara şəhərində yeni ilə həsr olunmuş tədbir keçirilmişdir.Yerli telekanalların birində “Xalqlar Dostluğu” adı ilə sujet çəkilib. Dünya tamaşaçılarına təqdim olunub.
Belə ki, sujetdə yer alan həmyerlilərimiz əslən Cəlilabad rayon Privolnoye kənd sakinləridir. Əkbərovlar ailəsidə Azərbaycan xalqının adından qonağpərvərliyini birdaha sübut edərək televizya işçilərini evlərinə qonağ dəvət ediblər.
Ailənin istedadlı iki övladı Nail və Aidə Azərbaycanın xalq bəstəkar musiqilərini yaşadıqları ərazidə dövlət tədbirlərində tamaşaçıların qarşısında özünə məxsun şəkildə ifa etdiklərini bildiriblər.
Qeyd edək ki, Əkbərovlar Ailəsinin başçısı rəhmətlik Mirdavud kişi nəfəs alətləri ifaçısı olub. Ailənin deməsinə görə, uşaqların musiqi istedadı babasından miras qalıb.
Dörd uşaq atası Camal Əkbərov bildirib ki, Nail və Aidə müxtəlif musiqi yarışlarda xeyli mükafatlar qazaniblar.
Azərbaycan xalqı harda olmağına baxmayaraq öz ölkəsini, torpağını sevir , və onun adını daima zirvələrə qaldırır.
Mənbə: https://ochagsamara.wordpress.com/2015/12/31/%D1%81%D0%B5%D0%BC%D1%8C%D1%8E-%D0%B0%D0%BA%D0%BF%D0%B5%D1%80%D0%BE%D0%B2%D1%8B%D1%85-%D0%BF%D0%BE%D0%BA%D0%B0%D0%B7%D0%B0%D0%BB%D0%B8-%D0%BD%D0%B0-%D0%B2%D1%81%D1%8E-%D0%B3%D1%83%D0%B1%D0%B5%D1%80/