Daily Archives: 13.01.2016

ПОЗДРАВЛЕНИЕ «ОЧАГА» С НАСТУПАЮЩИМ СТАРЫМ НОВЫМ ГОДОМ

Изображение

ДЖАМАЛ АСИЯ ФИЗУЛИ

Реклама

13 YANVAR — LAÇINLI MİLLİ QƏHRƏMAN İSRAFİL ŞAHVERDİYEV HƏLAK OLUB

Стандартный

İSRAFİL ŞAHVERDİYEV

İsrafil Şahverdi oğlu Şahverdiyev (d. 11 iyun, 1952, Unannovu, Laçın rayonu,  Azərbaycan SSR,  SSRİ – ö. 13 yanvar, 1994, Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı (15 yanvar 1995); Qarabağ müharibəsi şəhidi.

İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olmuşdur. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almışdır. 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.

Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısını məhv etmişdir].

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girmişdir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olmuşdur. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçmiş və qarşı tərəfdən atılan güllə onun həyatına son qoymuşdur.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

 

13 YANVAR — DÖVLƏT XADİMİ VƏ ALİM RUHULLA AXUNDOVUN DOĞUM GÜNÜ

Стандартный

Рухулла Али оглы Ахундов (азерб. Ruhulla Əli oğlu Axundov; 1 (13) января 1897, село Шувеляны Бакинского уезда — 21 апреля 1938) — азербайджанский революционер, советский партийный и государственный деятель, публицист, учёный, нарком просвещения Азербайджанской ССР.

RUHULLA AXUNDOV 1923Ruhulla Axundov, 1923

Axundov Ruhulla Əli oğlu — Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926). Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlayıb. Latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.

Ruhulla Axundov Bakının Şüvəlan kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Mədrəsədə, realni məktəbdə, ticarət məktəbində təhsil almışdır, bir neçə Şərq və Avropa dillərini bilirdi.

1916-cı ildə mətbəədə işləmişdir. 1917-ci ildə «sağ» azərbaycanlı eserlər qrupunun üzvü olmuşdur. 1918-ci ildə Bakı Sovetinin «İzvestiya», 1919-cu ildə ildə Azərbaycan bolşeviklərinin qeyri-leqal çap olunan «Kommunist» qəzetinin baş redaktoru vəzifələrini icra etmişdir. Azərbaycanda kommunist rejimi qurulduqdan sonra Azərbaycan KP(b) MK-nın kəndlərdə iş üzrə şöbəsinin müdiri, partiyanın Bakı komitəsinin katibi, «Kommunist» qəzetinin və digər dövrü nəşrlərin redaktoru olmuşdur. 1924-1930-cu illərdə Azərbaycan KP(b)MK-nın katibi, Azərnəşrin direktoru, Azərbaycan SSR maarifi xalq komissarı vəzifələrini tutmuşdur. 1927-1930-cu illərdə Azərbaycanın xalq maarifi komissarı olan Ruhulla Axundov hələ Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdə yazırdı ki, tarix Azərbaycanın öhdəsinə Yaxın Şərq zəhmətkeşlərinin avanqardı olmaq kimi bir vəzifə qoyub.

1930-cu ildə ÜKP(b)-nin Zaqafqaziya vilayət komitəsinin katibi seçilmişdir. 10-17-ci partiya qurultaylarının və Kominternin 2-ci konqresinin nümayəndəsi olmuşdur. Ömrünün son illərində Azərbaycan KP(b) MK nəzdindəki Tarix İnstitutunda, Azərbaycan SSR XKİ nəzdindəki incəsənət işləri üzrə idarənin müdiri vəzifələrində çalışmışdır, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının yaradılmasında və idarə olunmasında yaxından iştirak etmişdir. K.Marksın, F.Engelsin, V.İ.Leninin əsərlərini Azərbaycan dilinə ilk tərcümə edənlərdəndir.

RUHULLA AXUNDOV OĞLU FƏRİD İLƏ MÜH HƏLAK OLUB           R.Axundov oğlu Fərid ilə, 1925. (Fərid müharibədə həlak olub) 

1929-cu ildə savadsızlıqla mübarizə daha da güclənir, Azərbaycan XMK bu məqsədlə bir sıra tədbirlər həyata keçirir: kurslar təşkil edir, kitabların qiymətini ucuzlaşdırır. 1929-1930-cu illərdə Azərbaycanda ümumtəhsil məktəblərinin sayı təxminən 2000-ə çatdırılır. Bütün bu tədbirlərdə xalq maarifi komissarı, ictimai xadim, vətənpərvər alim kimi Ruhulla Axundov fəal iştirak edib. Tarix, incəsənət, ədəbiyyat sahələri üzrə bir sıra əsərlərin müəllifi, iki cildlik rusca-Azərbaycanca lüğətin (1928-1929) redaktoru olmuşdur.

1938-ci ildə tutduğu bütün vəzifələrdən azad edilmiş, partiya sıralarından uzaqlaşdırılmış və həbsə alınmışdır. Ali məhkəmənin hərbi kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum edilmişdir. Güllələnmiş və NKVD-nin gizli poliqonu olan «Kommunarka-Loza»da basdırılmışdır. Ölümündən sonra bəraət almış və 1959-cu ildə partiya üzvlüyü bərpa olunmuşdur.