Daily Archives: 04.01.2016

«MOLLA NƏSRƏDDİN»: ORDUBADDA YAXŞI VAXTLAR OLUB…

Стандартный

1907-40 ORDUBAD ŞƏHƏRİDARƏSİNİN MƏCLİSİ

«ORDUBAD ŞƏHƏR İDARƏSİNİN MƏCLİSİ»

«Molla Nəsrəddin», 1907-40

Реклама

BÖYÜK AZƏRBAYCANLI CƏLİL MƏMMƏDQULUZADƏNİN XATİRƏ GÜNÜ

Стандартный

 

mehemmedquluzade-c

Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu (22 fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik, ədib Cəlil Məmmədquluzadə məşhur «Molla Nəsrəddin» ədəbi məktəbinin banisi və idea rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisistdir.

Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı «Çay dəstgahı» alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, «Kişmiş oyunu» komediyasını və «Danabaş kəndinin əhvalatları» (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.

1903-cü ildən Tbilisidə nəşr edilən «Şərqi-Rus» qəzeti redaksiyasında işləmişdir. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında «Şərqi-Rus» qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. «Poçt qutusu» adlı ilk mətbu əsəri, «Kişmiş oyunu», Lev Tolstoydan tərcümə etdiyi «Zəhmət, ölüm və naxoşluq» hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.

İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan «Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı.

1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada «Molla Nəsrəddin»in 8 nömrəsini çap etmişdır.

 Keçmiş Astraxanbazar rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır.

1896-cı ildə ilk ailəsini qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. İkinci dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş və oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.

vikipediya

 

4 YANVAR 1804 — CAVAD XAN RUSLARLA DÖYÜŞDƏ ÖLDÜRÜLÜB

Стандартный

Cavad xan 1 Resm_0

Cavad xan, Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacar 1748, Gəncə — 1804, Gəncə yaxınlığı) — Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.

Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısındaAzərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müyəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır.

Cavad xanın başcılığı ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə aparırlar. Cavad xan hətta düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla həlak olur.

Учитывая важное геополитическое расположение Гянджи, раздробленность азербайджанский ханств и усилившуюся экспансионисткую политику Российской империи на Кавказе, Джавад хану становилось всё труднее проводить самостоятельную политику. Командование русской армии считало Гянджу «ключом к северным провинциям Персии» и первостепенной задачей России был захват этой крепости.

В 1803 году в двух верстах от города в местности Кулу-кобу между русскими войсками под командованием генерала Цицианова и войском гянджинского хана развернулось решительное сражение, завершившееся отступлением остатков войска Джавад-хана в Гянджу. После неоднократных предложений Джавад хану о добровольной сдаче города и решительного отказа, Цицианов предпринял штурм города. В результате этого штурма Джавад хан и его средний сын Гусейнгулу хан погибли в бою, оставшиеся в живых воины хана сдались и Гянджа была взята русскими войсками. Гянджинское ханство было упразднено, город был переименован в Елизаветполь.

Джавад хан похоронен в мавзолее на территории Мечети Джума в Гяндже.

Bunchuk_of_Javad_khan

Бунчук (символ власти) Джавад-хана. Музей истории Азербайджана, Баку