Daily Archives: 10.01.2016

«MOLLA NƏSRƏDDİN»: CORAB AZARI

Стандартный

1909  CORAB

Eh, xanımlar, zəhləmizi tökməyin, budur mənim corabım, görün qoxu bundan gəlir ya sizin saçınızdan. (Qafqaz dəmir yolunda, ikinci klasda)

«Molla Nəsrəddin», 1909-03

Реклама

10 YANVAR — MILLI QƏHRƏMAN ELDAR MƏMMƏDOVUN DOĞUM GÜNÜ

Стандартный

ELDAR MƏMMƏDOV

Eldar Harun oğlu Məmmədov 1968-ci il 10 yanvar tarixində Bakı şəhərində doğulmuşdur. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra 1985-1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil almışdır. 1989-1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olmuşdur. Eldar Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbiçi kimi fəaliyyətini davam etdirmişdir.

Eldar Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən E.Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə Eldar Harun oğlu Məmmədov «Azərbaycan Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı E.Məmmədovun adını daşıyır.

 

10 YANVAR — BEYLƏQANLI MİLLİ QƏHRƏMAN MUXTAR QASIMOVUN DOĞUM GÜNÜ

Стандартный

Muxtar-Cahid-oğlu-Qasımov

Qasımov Muxtar Cahid oğlu 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. Ağdam səhər 5 saylı məktəbi 1974-ci ildə bitirmişdir. Elə həmin il  Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşmüşdür. Orada işləyərkən ermənilər arasında separatizmin, millətçi ünsürlərin təbliğinin şahidi olmuşdur. Müxtəlif təziqlərə baxmayaraq işinə davam etmiş, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım göstərmişdir. 1988-ci ildə vəziyyət nəzarətdən çıxandan, kiçik qarşıdurmalar baş verəndən sonra Ağdama qayıdıb həkim kimi hospitalda çalışmışdır.

Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərmişdir. Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayır. 1992-ci ilin iyunayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş etdirir. 16 iyul 1992-ci ildə Naxçıvanlı kədi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

300px-Muxtar_Qasımov_-Muxtar Qasəmovun dəfn mərasimində

vikipediya