MOLLA NƏSRƏDDİN: QAZAXLILAR KAZAKLARA 200 MANATLIQ QONAQLIQ VERDİLƏR…

Изображение
MOLLA NƏSRƏDDİN: QAZAXLILAR KAZAKLARA 200 MANATLIQ QONAQLIQ VERDİLƏR…

 

KAZAKLARA QONAQLIQ

(Qazax şəhərindən)

Molla əmi, bir neçə söz istəyirəm yazam, amma qorxuram uzun ola, çap etməyəsən. Çünki xəbər vermişdin ki, uzun məqalələri çap etmirsiniz.

Bəli, keçək mətləbə, amma qorxuram çap etməyəsən. Bəli, bir neçə gün bundan müqəddəm bizim Qazax şəhərinddə bizim Qazax şəhərində olan kazak qoşununu buradan dəyişib özgə yerə göndərirdilər. Qərəz, şəhərimizin ağsaqqalları, yəni millət dərdi çəkənlər, başladılar kasıb-kusubdan pul yığmağa ki, kazaklara qonaqlıq versinlər. Bağışla, Molla əmi, deyəsən uzun oldu, qorxuram çap etməyəsən. Qərəz, başladılar pul yığmağa. Biz dedik ki, axır, ay ağalar, həyə bizim artıq pulumuz var, göndərin acından ölərn qardaşlarımıza, dəxi niyə çaxıra verib doıduraq urusların qarnına? Və bir də bu kazakları bizə tənbeh eləmək üçün şəhərə göndərmişlər, daha biz niyə bunlara qonaqlıq verək? Biz bunlardan nə bir mehribanlıq gördük?

Amma, Molla əmi, deyəsən uzun oldu, çap eləməyəcəksən. Bəli, iki yüz manatadək pul yığdılar və qonaqlıq elədilər. Amma, ay Molla əmi, sən allah bir mənə de görüm, həyə bizim artıq pulumuz var, niyə bir məktəb açmırıq?

Bağışla, Molla əmi, mən bilirəm ki, kağızım uzun oldu, çap eləməyəcəksən, amma bir mənə de görüm, nə vaxt biz adam olacayıq? Bağışla, Molla əmi, başağrısı verdim. Bilirəm ki, bu kağızı atacaqsan səbətə, çünki uzun oldu. Bağışla, Molla əmi!

                                             Lağlağı

«Molla Nəsrəddin», 1907-14

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s