Daily Archives: 10.12.2015

«MOLLA NƏSRƏDDİN»: NƏ QƏDƏR QOCA OLSA DA, DƏYƏR MİN CAVANA…

Стандартный

1908-03 Ana bu kişi çox qocadır, mən buna ərə getmirəm

  •  Ana, bu kişi çox qocadır, mən buna getmirəm.
  • Bala, çox qoca deyil, bir yaxşı bax, gör nə göyçək kişidir.

«Molla Nəsrəddin», 1908-03

Реклама

«MOLLA NƏSRƏDDİN»: NAXÇIVAN GÜRCÜSTAN OLMAQ İSTƏYİR

Стандартный

SİZİ DEYİB GƏLMİŞƏM

Naxçıvandan

Naxçıvan camaaatı bu şəhərin neçə yüz illər ilə müsəlman əılində qalıb pərişan günü gündən pərişan bir hala düşməyin nəzərdə tutub qərar qoyublar ki, Naxçıvanı bundan sonra Gürcüstan etsinlər. Böylə ki, buranın mötəbərləri birbəbir Tiflisə azim olub öz damdaşlarını gürcü bankının yanında zaloq qoyub pul alırlar ki, bir azdan sonra hamısı gürcülərin ixtiyarlarına keçsin və şəhəri dəyişib bir gürcü vilayətinin şəklinə salsınlar, ta bəlkə yavaş-yavaş nəsil və toxum da dəyişib klyavuz azalsın və xalq asudə pısun, yaşasın gözüaçıq naxçıvanlılar.

«Molla Nəsrəddin», 1914-07