Daily Archives: 09.12.2015

«MOLLA NƏSRƏDDİN»: ARVADIN ÖZ YERİ, MƏŞUQƏNİN ÖZ YERİ

Стандартный

1913-21 arvadıyla və oynaşıyla

Kənarda oynaşıyla:

«Bağışla, xanım, bir qələtdi eləmişəm»

Evdə arvadıyla:

«Köpək qızı, bü saat gönünü soyaram!»

«Molla Nəsrədduin», 1913-21

9 DEKABR — LÜTFƏLİ ABDULLAYEVİN XATİRƏ GÜNÜ

Стандартный

Abdullayev Lütfəli Əmir oğlu — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri.

LÜTFƏLİ

Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb..

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Qısa vaxtdan sonra «Arşın mal alan» operettasında Vəli rolunda oynayıb.

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib..

Klassik operettalardakı rollar siyahısına Üzeyir bəy Hacıbəyovun əsərlərində oynadığı Vəli və Soltan bəy («Arşın mal alan»), Hambal, Cəfər və Məşədi İbad («Məşədi İbad»), Zülfüqar bəy Hacıbəyovun əsərlərində ifa etdiyi Kəblə Heydər («Evliykən subay»), Vəli və Sandro («Aşıq Qərib»), Qulu («Əlli yaşında cavan») obrazları daxildir.

Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı «Arşın mal alan» filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar «SSRİ Dövlət mükafatı» adlandı) layiq görülüb. Lütfəli Abdullayev həmçinin «Əhməd haradadır?» (Zülümov), «Ulduz» (Məhəmməd), «Qəribə əhvalat» (Kefçilov) filmlərinə çəkilib.

17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə L. Abdullayevə xalq artisti fəxri adı verilib.

Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. Bakıda adına küçə var.

vikipediya