Daily Archives: 01.12.2015

«MOLLA NƏSRƏDDİN»: ŞÜVƏLAN QİRAƏTXANASINDA TOY

Стандартный

ŞÜVƏLANDAN MƏKTUB

Möhtərəm Molla əmi!

Bu il yay fəsli Şüvəlan qiraətxanasında o qədər qəzet oxuyan olurdu ki, qəzetlər əldən-ələ çatmayırdı. Hələ neçə dəfələr qəzet üstündə dava-qalmaqal olub, yüngül yaralananlar da olmuşdu. Müxtəsər, qiraətxana şuluq olduğuna göğrə bu axır vaxt çkib qapısını bağladım və ağzına da bir zorba qıfıl vurdum.

Ancaq bu günlər Şüvəlan yaylaq sezonunun sonu olduğuna görə camaata bir keyf göstərib, ürəıklərini ələ gətirib şad eləmək üçün qiraətxana həyətində dadlı bir toy məclisi düzəltdim.

Şəhərdən bir dəst zurnaçı və bir dəst xanəndə gətitrtmişəm. İki dənə də nazənin sənəm rus matişkası gecə səhərə qədər oynayıb ləzzət verməkdədirlər. Gecələr də ay işığı, sərin hava, özgə ləzzəti var. Bu saat şirin keyfdir. Bu toyu səndən çox nisgil elədiyimə görə bu kağız ilə bərabər bir dənə dəvətnamə sənə göndərdim.

Ümidvaram ki, zəhməti qəbul edib əlib bizim Şüvəlan qiraətxanamızı və nə qədər tərəqqi etdiyimizi görüb gedərsiniz.

ŞÜVƏLAN

«Molla Nəsrəddin», 1914-25

 

Реклама

1 DEKABR 1920 — ZƏNGƏZUR TORPAQLARI ERMƏNİSTANA VERİLİB

Стандартный

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi.  Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi. 

vikipediya

ZƏNGƏZUR

Zəngəzurun ermənilərə verilməsi, əslində isə “bağışlanması” istiqamətində daha bir addım 1920-ci il dekabrın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən, təntənəli “tarixi” iclasında N.Nəimanov Bəyanatla çıxış etdi. “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir (Seçdirmə bizimdir-İ.M.); Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar”. Burada daha sonra qeyd edilirdi ki, Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır.

Bu Bəyanatla Azərbaycan torpaqlarının Ermənistana verilməsi (“bağışlanması”) ilə bağlı bəzi mövqe və mülahizələri də bilmək maraqlı və faydalı olardı. Bakı Sovetinin həmin iclasının yekdilliklə qəbul olunan qətnaməsində “Nərimanovun Bəyanatı”nın tamamilə bəyənildiyi bildirilir və onun “…Ermənistanla müsəlman dünyası arasındakı çoxəsrlik düşmənçilik və qanlı müharibələri birdəfəlik aradan qaldırmaqla Güney Qafqaz və bütün Şərq xalqlarının tarixində yeni səhifə (?!-İ.M.) açdığı qeyd edilirdi”.

Çoxlu arxiv sənədlərinin də təsdiqlədiyi kimi, torpaqlarımızın parçalanması və paylanmasında əsas rol oynayanlardan biri olan İ.Stalin bu hadisəni belə “izah” etmişdi: “Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağın (Bəyanatın məzmunu Yuxarı Qarabağla bağlı burada da təhrif edilmişdir-İ.M.) Sovet Ermənistanına verilməsini elan edir”.

http://anl.az/el/q/qarabag_6/q-27.htm