Daily Archives: 02.12.2015

İNDİ AXUNDZADƏNİN QƏBRİ DÜZƏLİB, HƏLƏ İRSİ DƏ DƏFN OLUNUR…

Стандартный

1913-01 bu q

  • Bu dağılmış qəbir kimindir?
  • Mirzə Fətəli Axundzadənin.
  • Bəs bu gümbəzli qəbir kimindir?
  • Bu da seyid qəbridir.

«Molla Nəsrəddin», 1913-01

Реклама

2 DEKABR 1919 — MÜSAVATIN İKİNCİ QURULTAYI BAŞLANIB

Стандартный

RƏSULZADƏ QURULTAY

Müsavat Partiyasının II qurultayı 1919-cu ilin dekabrında keçirildi (qurultay dekabrın 2-dən 12-dək davam etmişdir). Respublikanın bütün bölgələrindən qurultayda 140 nümayəndə təmsil olunurdu. Qurultayı giriş sözü ilə M.Ə. Rəsulzadə açıb və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

II qurultayda aşağıdakı qərarlar qəbul edilib:

Qafqaz konfederasiyası;

Denikin təhlükəsi;

Dağıstan məsələsi.

Qurultayda Partiya Proqramına baxılıb. 67 maddəlik Partiya Proqramı iki hissədən ibarət idi: Birinci hissə – Nəzəriyyə və uzaq məqsəd; İkinci hissə – Əməliyyə və yaxın məqsəd.

Proqramın birinci hissəsində göstərilirdi ki, əsas amalımız olan Azərbaycan İstiqlalını bütün namus və vicdanımızla qorumalıyıq.

Proqramın ikinci hissəsi aşağıdakı bölmələrdən ibarət idi:

Şəkli idarə;

Həqqi-əhliyyət;

İqtisad və maliyyə işləri;

Torpaq məsələsi;

İşçi məsələsi;

Ədliyyə məsələsi;

Ruhani idarəsi məsələsi;

Maarif məsələsi.

İkinci qurultayda M.Ə. Rəsulzadə yenidən Müsavat Partiyasının sədri seçilib.

Азербайджанская демократическая партия «Мусават» на втором съезде своем, заседавшем в Баку в 1919 году, вынесла следующую резолюцию:
«Обсудив доклад политической секции по вопросу об идее кавказской конфедерации, исходя из действительных интересов, как национальных, так и экономическо-политических, и сознавая, что только путем тесного объединения кавказских республик легче добиться международного признания и гарантии их политических и территориальных целостей второй съезд партии «Мусават» постановил: признать объединение кавказских республик в свободный союз кавказской конфедерации желательным и призывать всю кавказскую демократию, а также правительства соседних республик способствовать осуществлению этой идеи».

http://rasulzade.org/books/8_12.html

В декабре 1919 состоялся 2- й (последний) съезд Мусавата, который выявил глубокий кризис (внутри «Мусавата образовалось левое крыло, значительная часть которого отошла от партии). 

http://dic.academic.ru/dic.nsf/bse/111543/