Daily Archives: 22.12.2015

«MOLLA NƏSRƏDDİN: DOYUNCA YEMƏK ARZUSU

Стандартный

1907-16 Dadaş deyirlər dünyada elə adamlar var ki hər gün

«Dadaş, deyirlər dünyada elə adamlar var ki, hər gün ət yeyirlər, doğrudurmu?»

«Molla Nəsrədiin», 1907-16

Реклама

22 ДЕКАБРЯ 1942 ГОДА АЗИ АСЛАНОВ СТАЛ ГЕРОЕМ СОВЕТСКОГО СОЮЗА

Стандартный

Hezi_Aslanov 2

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

1441785620_heziaslanov

19 ноября 1942 года началось контрнаступление советских войск под Сталинградом. В течение суток танкисты Асланова во взаимодействии с 1378-м стрелковым полком подполковника М. С. Диасамидзе с боями преодолели более 40 километров. 21-го ноября 55-й отдельный танковый полк перерезал железнодорожную линию Сталинград — Сальск. 22-23 ноября, развивая наступление, танкисты Асланова заняли станцию Абганерово и посёлок Верхне-Кумский.

В декабре 1942 года 55-й танковый полк противостоял передовым частям группы армий «Дон» Э. Манштейна, пытавшимся прорваться к окруженной 6-й армии Ф.Паулюса. В ходе ожесточённых боев в районе Верхне-Кумский танкисты Асланова уничтожили 30 танков, 26 орудий, 50 автомашин и до 2-х тысяч солдат и офицеров противника.

Указом Президиума Верховного Совета СССР от 22 декабря 1942 года «За образцовое выполнение заданий командования на фронте борьбы с немецко-фашистскими захватчиками, проявленное при этом бесстрашие и героизм, за умелое и мужественное руководство подчинёнными частями», подполковнику Ази Асланову было присвоено звание Героя Советского Союза. 55-й отдельный танковый полк был переименован в гвардейский.

22 DEKABR — GÖRKƏMLİ REJİSSOR VƏ YAZIÇI HƏSƏN SEYİDBƏYLİNİN DOĞUM GÜNÜ

Стандартный

22 dekabr əfsanəvi partizan Mehdi Hüseynzadənin doğum günüdür. Maraqlıdır ki, qəhrəman haqqında “Uzaq sahillərdə” romanının (İ. Qasımovla birgə) müəllifi və eyni adlı filmin rejissoru Həsən Seyidbəyli də 22 dekabrda anadan olub.

Həsən_Seyidbəyli

Həsən Mehdi oğlu Seyidbəyli (22 dekabr 1920-25 iyun 1980) — Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti.

Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır. «Azərbaycanfilm» kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. «İmtahan», «Qızıl axtaranlar», «Bağlı qapılar» adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. «Kür sahillərində» (1953), «Bizim Astrada» (1956), «Telefonçu qız» (1960) povestləri, «Cəbhədən-cəbhəyə» (1961), «İllər keçir» (1973, İ.Qasımovla birgə), «Tərsanə» (1975), «Çiçək» (1978) romanları, «Dəniz cəsurları sevir» (1954), «Sən nə üçün yaşayırsan» (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. «Uzaq sahillərdə» (1954, İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.

Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan vermiş, 1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin I katibi, 1975-1980-ci illərdə sədri vəzifəsində çalışmışdır.

Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülmüşdür.

 

Сеидбейли Гасан Мехти оглы

22 декабря 1920, Баку, Азербайджан — 25 июня 1980

Азербайджанский писатель, драматург, сценарист, режиссер. Народный артист Азербайджанской ССР (1976). Литературную деятельность начал в 1942. Окончил режиссерский факультет ВГИКа (1943, мастерская С. Эйзенштейна). В кино выступил впервые в 1951 году в качестве сценариста, с 1962 — кинорежиссер.

22 DEKABR — MEHDİ HÜSEYNZADƏNİN (МИХАЙЛО) DOĞUM GÜNÜ

Изображение

MEHDİ

Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş, 1936-cı ildə oranı bitirmişdir. 1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir.

Böyük Vətən Müharibəsi başlandıqdan sonra, 1941-ci ilin avqustunda Mehdi Qızıl Orduya çağrılmış, 1942-ci ildə Tbilisi hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanmışdır. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak etmiş, 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralaaraq, almanlara əsir düşmüşdür. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak etmiş və alman dilini öyrənmişdir.

1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşuldu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yüqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaratmışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı. Faşistlər kino-filminə baxarkən Mixaylo öz cəsur kəşfiyyatçı dəstəsi ilə birlikdə Opçina kinoteatrının binasını partlatmışdı. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır yaralanmışdı. Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. Mixaylo, faşistlərə xidmət edən «Il Pikkolo» qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmış, Qaritsa səhərində faşist bankını talayıb, partizan dəstəsinə bir milyon manat pul gətirmişdir.

Mixaylonun qəhrəmanlığı bununla bitmir. O, onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomasınını partlatmışdır. Şimali İtaliyanın Udinə səhərində 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtarmışıdır. Yeni qərargahın göstərişinə əsasən Mixaylo alman hərbi texniki paltarında təkbaşına faşist təyyarə meydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıtmışdı.

1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlmişdi. Qəhrəman döyüşçü, xeyli faşist öldürür. Lakin döyüşərkən ağır yaralanır. İgid partizan çoxlu qan itirərək həlak olur. Mixaylonun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olunmuşdur: «Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır».

1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Azərbaycan bəstəkarı Aqşin Əlizadənin dayısıdır.

Мехти Ганифа оглы Гусейн-заде (Михайло) (азерб. Mehdi Hənifə oğlu Hüseynzadə; 22 декабря 1918, Новханы — 16 ноября 1944, Витовле близ Триеста, Италия, ныне Словения) — советский лейтенант, югославский партизан и разведчик, прославившийся дерзкими операциями против немецко-итальянских захватчиков в годы Второй мировой войны на территории Югославии и Италии, возглавлял разведывательно-диверсионную группу при штабе 9-го корпуса (англ.)русск. Народно-освободительной армии Югославии; Герой Советского Союза, азербайджанец по национальности.