Daily Archives: 12.12.2015

Газета ОЧАГ 2015-11

Стандартный

СКР 205-11очаг11_цветной_2015

Внимание: газету открыто можно, кликнув по красной строчке

Реклама

12 DEKABR 1945 — CƏNUBİ AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ YARANIB

Стандартный

1945-cı ilin 12 dekabr günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış və xalqımızın yaddaşında dərin iz buraxan şanlı səhifələrindən biridir. Həmin gün uzun illərdən bəri Iran despotizminin ağır iqtisadi-siyasi və mənəvi əsarət altında saxladığı və milli zülmə məruz qoyduğu Azərbaycan xalqının öz hüquqları uğrunda yenidən mübarizəyə qalxdığı və Cənubi Azərbaycan Demokratik Respublikasının elan olunduğu gündür.

 Başda görkəmli siyasi xadim S.C.Pişəvəri olmaqla, Azərbaycanın tanınmış demokratik düşüncəli fədailəri mübarizəni mütəşəkkil formaya keçirmək üçün 1945-ci ilin yayında Azərbaycan Demokratik partiyasını yaratdılar.

12 dekabr milli hökumət

Milli azadlıq hərəkatı tez bir zamanda Azərbaycanın bütün əyalətlərində yayılmağa başladı ki, bu da 1945-ci ilin noyabrında Təbrizdə ümumxalq toplantısı keçirilməsi və bu yığıncaqda Iran daxilində Azərbaycana muxtariyyət verilməsi ilə bağlı bəyannamənin qəbul edilməsi ilə nəticələndi.

Ümumxalq toplantısı Milli komitə yaradaraq, komitəyə Azərbaycana muxtariyyət verilməsi məsələsinin sülh yolu ilə həll edilməsi üçün Iran rejiminin hakimiyyət nümayəndələri ilə lazımi danışıqlar aparmaq səlahiyyəti verdi. 12-si dekabr 1945-ci ildə Azərbaycan Milli məclisinin ilk tarixi iclası keçirildi. Azərbaycan Demokratik partiyasının təşkilatçısı S.C.Pişəvəri məclisin tapşırığı əsasında Azərbaycanın Milli hökumətini formalaşdırdı.

http://www.azadliq.info/38773.html

Seyid Cəfər Pişəvərinin ciddi təşkilatçılıq səyləri, işgüzarlığı və fəaliyyəti nəticəsində olduqca qısa bir dövr ərzində Azərbaycanın milli-demokratik qüvvələri birləşərək xalqın iradəsinə və dəstəyinə söykənən milli dövlətin təməlini qurdular.

Bu inqilab İran pəhləvi rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan Milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı ilin yanvarın 6-da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən, Azərbaycanda rəsmi dil türk dilidir”. Həmçinin bir neçə ictimai – Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin (19 yanvar 1946 ), Dövlət Teatrının (23 mart 1946), Azərbaycan Radioverilişləri Agentliyinin (4 iyul 1946) və Təbriz Dövlət Universitetinin (6 iyun 1946) açılması bu prosesin ən önəmli hadisələri oldu. 1946-cı il sentyabr ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dili olan Azərbaycan türkcəsində aparılmalı idi.

Sovet hərbi hissələrinin tərkibində Güney Azərbaycana getmiş olan Azərbaycanın yazıçı, şair ədəbiyyatşünas və publisistləri – Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli, Əvəz Sadıq, Cəfər Xəndan, Abbas Zamanov, Qulam Məmmədli, İsrafil Nəzərli və başlqalarının fəaliyyəti sayəsində Təbriz ədəbi mühitində böyük bir canlanma yarandı. 1945-1946-cı illərdə Azərbaycanın Güneyində müxtəlif mətbuat orqanları, o cümlədən “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuşdur. Milli Höküməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi və s. kimi mühüm məsələlər qeyd olunmalıdır.

Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı.

Vikipediya