Mərsiyəxan: Allah cəmi məşrutəçilərə və qəzetəyazanlara lənət eləsin!
Camaat: Amin və rəbbül-aləmin!
«Molla Nəsrəddin», 1909-06
Azərbaycan Silahlı Qüvvələrinin ilk Hərbi Andı 8 dekabr 1991-ci ildə qəbul edilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Andının mətni 1991-ci ilin oktyabr ayında hazırlanıb və oktyabrın 9-da o vaxtkı Ali Sovet tərəfindən təsdiqlənib. Hərbi Andın mətnini ilk hərbi hissənin komandiri polkovnik Zaur Rzayev, hərbi hissənin qərargah rəisi mayor Nurəddin Abdullayev, müdafiə nazirinin müavini Dadaş Rzayev hazırlayıblar. 1991-ci il dekabrın 8-də könüllülərdən ibarət ilk hərbi hissə Şəhidlər Xiyabanında Hərbi Andı qəbul edib. «Birinci tabor» adlanan, könüllülərdən ibarət bu hərbi hissənin döyüşçüləri dekabrın 10-da Şuşanın və Goranboy rayonunun müdafiəsinə yollanıb. Hərbi Anda əsgərləri hərbi hissənin ilk komandiri polkovnik Zaur Rzayev gətirib.
Zaur Rzayev (1937-2010); Lənkərann Şürük kəndindəndir
Hərbi Andı müdafiə nazirinin keçmiş müavini general-mayor Dadaş Rzayev qəbul edib.
MƏTN
«Mən Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olarkən, Vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəm.
Təntənəli surətdə and içirəm!
Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəyəm. Səmimi, cəsur, intizamlı olacaq, hərbi sirri verməyəcək, hərbi nizamnamələrin tələblərini yerinə yetirəcək, komandirlərin və rəislərin əmrlərinə sözsüz tabe olacağam.
Hərb işini vicdanla öyrənəcək, əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf etdirəcək, hər an əldə silah Vətənin müdafiəsinə qalxmağa hazır olacağam.
Andımı pozsam, Azərbaycan Respublikası qanunlarının tam ciddiyyəti ilə məsuliyyət daşımağa hazıram».
Для отправки комментария необходимо войти на сайт.