Воспитанники детского садика «Диалог культур» готовятся отметить Международный день мигранта.
Daily Archives: 11.12.2015
«MOLLA NƏSRƏDDİN»: AĞZI İLƏ İŞLƏYƏN VƏ BAŞI İLƏ İŞLƏYƏN
11 DEKABR — GÖZƏL NASİR VƏ MƏRD KİŞİ BAYRAM BAYRAMOVUN DOĞUM GÜNÜ
Bayramov Bayram Salman oğlu — nasir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan xalq yazıçısı (1984), Azərbaycan Dövlət Mükafatı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990). Bayram Bayramov 1918-ci il dekabrın 11-də Yelizavetpol quberniyasının (indiki Ağdam rayonunun) Şixavənd kəndində əkinçi ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934-1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938-1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940-1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941-1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: yeddiillik məktəbin müəllimi (1944-1945) işləmişdir. 1945-1950-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948-1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956-1958), «Azərbaycan» jurnalı redaksiyasında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966-1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991).
Bədii yaradıcılığa 1950-ci ildə «Azərbaycan gəncləri» qəzetində çıxan «Körpü» adlı ilk hekayəsi ilə başlamışdır. Bakı şəhər Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. «Şərəf nişanı» ordeni (1968), «Xalqlar dostluğu» ordeni (1978), «Böyük Vətən müharibəsi» ordeni (1985), «Qırmızı əmək bayrağı» ordeni (1988və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.
Əsərləri:
Yarpaqlar (roman). Bakı: Uşaqgəncnəşr, 1961, 312 səh.
Sənsiz (povestlər). Bakı: Azərnəşr, 1963, 266 səh.
Onun gözləri (roman). Bakı: Azərnəşr, 1964, 408 səh.
Xəzinə. Bəlalı sevgim (romanlar). Bakı: Azərnəşr, 1965, 438 səh.
Arakəsmələr (roman). Bakı: Azərnəşr, 1966, 569 səh.
Üç gün, üç gecə (povestlər). Bakı: Gənclik, 1967, 472 səh.
Qaşsız üzük (povestlər). Bakı: Azərnəşr, 1977, 404 səh.
Cıdır düzü. Bakı: Yazıçı, 1979, 476 səh.
Şəhərdən gələn qız. Bakı: Yazıçı, 1984, 488 səh.
Karvan yolu (roman). I cild. Bakı: Yazıçı, 1986, 798 səh.
Karvan yolu (roman). II cild. Bakı: Azərnəşr, 1993, 430 səh.
Bayram Bayramovun povesti əsasında «Mən ki gözəl deyidim» filmi çəkilib.
1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Vikipediya
ХОРОШИЙ СПОРТСМЕН ВЫСОТУ БЕРЕТ И ЛЕЖА…
21-22 ноября 2015 года в Москве прошла международная выставка спортивного питания «SN PRO Expo Forum 2015». Это уже третье мероприятие подобного формата, пользующееся грандиозным успехом у активной молодежи. По масштабам представленных мульти-спортивных мероприятий «SN PRO» не имеет себе равных в России! Фестиваль собрал более 50 видов спорта – от паркура до пауэрлифтинга, от кросс-фита до мотофристайла, от бодибилдинга до пол-дэнс (танец на пилоне). Прямо на выставке прошли 5 чемпионатов всесероссийского и мирового уровня.
В рамках мероприятия тольяттинский пауэрлифтер Эмин Мамедов, выступающий в весовой категории до 100 килограммов, поднял в жиме лежа штангу весом 370 килограммов, установив новый мировой рекорд.
Эмин Мамедов родился в 1974 году в Баку, с 1986 года живет в России. Служил в российской армии, офицер запаса. В настоящее время работает тренером тренажерного зала СОЦ Sport town. Многократный чемпион Европы и мира.
На собрании Правления ТГОО «Лига азербайджанцев» соотечественники наградили спортсмена почетной грамотой и книгой Байрама Саламова «Живопись. Байрам Саламов»
Для отправки комментария необходимо войти на сайт.